Sömürgə Ölkələrə və Xalqlara İstiqlal Vermək üzrə Bildirgə Qərar 1514 (XV): Genəl Toplantı vasitəsi ilə 14 Dekabr 1960-da Qəbul Olunmuş Genəl Toplantı
Qayğılanaraq ki, dünya xalqları tərəfindən Birləşmiş Millətlər Təşkilatının Bildirgəsindəki müddəanın təyinatını yenidən-doğrulamaq üçün bunlarda inam bəslənməlidir: özül insan haqlarında, hər insan şəxsinin vüqarında və dəyərində, kişilərində, qadınlarında ve millətlərində böyük-kiçikliyiə baxmadan, bərabər-haqlı olmaqda, və eləcə də toplumsal irəliləyişdə və yaşayışda daha geniş sərbəstlik dəyərlərinin daha yaxşı standartlarına rəğbət qazandırmaqda; Ayıq-sayıqlıq ilə sabitlik şəraitini və rifahı və elecə də dinc və dostluq münasibətlərini yaratmağa gərək duyulur ki, bunlar da irq, cinsiyyət, dil və dindən asılı olmadan və heç bir zad üzrə ayırd etmədən bu prinsiplərdən irəli gəlir: bərabər-haqlı olmaq və hamı xalqlar üçün öz müqəddəratını təyin etmək və eləcə də insan haqlarına və özül sərbəstliklərə bəslənən əvrənsəl sayğılamaq (hörmət etmək) və gözətləmək (rüayət etmək). Tanıyaraq ki, bütüm bağımlı xalqlar sərbəstlik üçün dərin nisgillər bəslərlər və bağımsızlıqlarını sağlamaq üçün bu kimi xalqlar həll-edici addımlar atarlar; Ayıq olaraq ki, bu kimi xalqların sərbəstlik yollarında qıyılan inkarlar yaxud törədilən əngəllər get-bə-get çaqqışmaların çoxalmasına səbəb olar və bu da dünya barışığını ciddi hədələyər; Bunu nəzərdə tutaraq ki, Birləşmiş Millətlər Təşkilatının Mükəlləfiyyətində olan və Özünə Hakim-olmayan Ərazilərdə önəmli bir rolu var ki, onların bağımsızlıq uğrunda hərəkətlərinə yardımçı olsun; Tanıyaraq ki, dünyanın bütün xalqları sömürgəçiliyə və onun hər cür təzahürünə qarşı son-qoymağı ardıcıl olaraq diləyərlər; Əmin olaraq ki, şömürgəçiliyin davamı beyəlxalq iqtisadi əlaqələrin gəlişməsinin qarşısını alar, və eləcə də bağımlı xalqların toplumsal, mədəni və iqtisadi gəlişmələrinə əngəl törədər və nəticədə Birləşmiş Millətlər Təşkilatının idealları alt-üst olar; Təsdiqlənir ki, xalqlar istərsələr, öz məqsədlərinə uyğun olaraq, heç ön-qəzavətinə məruz qalmadan, təbii sərvətlərini və olanaqlarını (imkanat) sərf edələr, ondakı bunun nədəni beynəlxalq iqtisadi iş-birliyi ola və bu da qarşılılıqlı mənafə və beynəlxalq hüquq prinsiplərinə əsaslana; İnanaraq ki, sərbəstlənmək sürəci (prosesi) dadandırıcı və qayıtmazdır, və eləcə də ciddi böhrandan uzaq gəzmək üçün, sömürgəçiliyə və ondan irəli gələn ayrışmağın hər cür növlərinə və onla tay-tuş olan hər cür ayrı-seçgiliyə son qoymaq gərəkdir; Alqışlanır ki, bu irəli illərdəki çoxlu bağımlı ərazilər ortaya çıxıb və özgürlüklərini və bağımsızlıqlarını sağladılar; və eləcə də tanıyaraq ki, bu kimi ərazilərdə özgürlük üçün get-bə-get güclü artan təmayüllər var ki, onlar hələ də bağımsızlıqlarını sağlamamışlar; Əmin olaraq ki, hamı xalqların yadlaşmaz haqları vardır: dəc özgürlükləri üçün, əgəmənlikləri ilə uğraşmaq üçün, və milli ərazilərinin bütövlüyünü qorumaq üçün; Təmkinlə bu müddəa irəli sürülür ki, sömürgəçiliyə və onun hər formada təzahürünə qarşı sürət ilə son-qoymağa zərurət var; Və bu məqamda elan edir ki, 1. Xalqları yad-hökumətlərə məruz etmə, onlara təsəllüt etmə və onları istismar etmə onların özül insan haqlarını inkar etmək deməkdir; və eləcə də bu Birləşmiş Millətlər Təşkilatının Bildirgəsinə müğayirdir və üstəlik bu dünyada barışığa və iş-birliyinə rəğbət qazandırmağa əngəl törətmək deməkdir. 2. Öz-müqəddəratını təyin etmə haqqı hamı xalqlara şamildir; və məhz bu haqqın bərəkətinə siyasi statuslar (durumlarını) sərbəstcə bəllənər və iqtisadi, toplumsal və mədəni gəlişmələri ilə uğraşmaq olar. 3. Siyasi, iqtisadi, toplumsal, və eyitimsəl baxımlardan hazırlığın çatışmazlığı bağımsızlığı gecikdirməyə heç-vədə tutalğa (bahana) olmamalıdır. 4. Bağımlı xalqlara qarşı yönəldilən bütün silahlı əməliyyat yaxud basqılı tədbirlər, hər nə cür olursa olsun, dayandırılacaq və bu yol ilə bu xalqlar dəc bağımsızlıqlarına sarı öz haqları ilə dinc və sərbəstcə uğraşacaq, və onların milli ərazi bütövlüyü gözətlənəcəkdir. 5. Dərhal gərəkən addımlar götürüləcək ki, Mükəlləfiyyətdə olan və Özünə Hakim-olmayan Ərazilərdə və bu kimi bağımsızlıqlarını sağlamamış ərazilərdə öz xalqına qüdrət köçürülsün; bu kimi ərazilərdə haqların təminatına qeyd-şərt kəsmədən olmalı, onların özgürcə ifadələrindən doğan iradədən və təmənnadan irəli gəlməli, və dəc bağımsızlıqdan yararlanmaq üçün irq, inam ya rəng üzrə ayırd etmədən olamlıdır. 6. Qismən yaxud toplam surətdə bir ölkənin milli vəhdətini və ərazi bütövlüyünü qırmağa hər nə cəhdi tuşlamaq Birləşmiş Millətlər Təşkilatının Bildirgəsinin məqsədə-uyğunluq və prinsipləri ilə uzlaşmır. 7. Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsindəki Əvrənsəl İnsan Haqları Bildirgəsinin təminatını bütün dövlətlər tərəfindən sadiqcə və sərtcə gözətlənəcək və bu baxımdan Bəyannamə təqdim edəcəklər ki, bütün Dövlətlərin daxili işlərində müdaxilə etməyəcək, onlara bərabər-hüquqlu olaraq yanaşacaq, və bütün xalqların əgəmənlik haqlarına və onların ərazi bütövlüyünə sayğı bəsləyəcəkdir. Tərcümə edən: Yaşar |
|||||