|
Urmunun mədəni fəalları, soydaşlarımızı Urmu Gölü ətrafında keçirəcək Kompaniyaya qoşulmağa çağırdılar gunaztv GünAzTv: Məlum olduğu kimi Güney Azərbaycan Milli Komandası Tıraxtur Futbol taxımının 100000-lə tərəfdarı 2010-cu il aprel ayının 2-də (1388-ci il Fərvərdin ayının 13-ü) Urmu Gölünün quruması (bəlkədə qurudulması) ilə bağlı Kompaniya keçirəcəklərini açıqlayıblar. Onlar qeyd etdiyimiz tarixdə Urmu Gölü ətrafına toplaşaraq milli-mədəni mərasimlər həyata keçirərək Urmu Gölünün quruması təhlükəsini bölgə məsulları, İran dövləti, Dünya ictimaiyyəti və bütün ekoloji qayğısına qalan insanlara çatdıracaqlar. Bununla bağlı Urmu şəhərinin bir sıra ziyalı, milli-mədəni fəalı, yazıçı, jurnalist və universitet öyrənciləri bəyanat yayıblar. Onlar Urmu Gölünün qurumasında ölkənin səlahiyyətli orqanları və yerli (ostan) məsulları tərəfindən tədbir alınmamasını vurqulayaraq, Gölün qurumasında bir neçə faktorun olduğunu xatırladıblar. Bəyanatda qeyd olunur ki, biz Tıraxtur Tərəfdarlarının təşəbbüsünü alqışlayırıq və bütün Azərbaycan sevər soydaşlarımızı bu Kompaniyaya qoşulmağa çağırırıq. Qeyd olunur ki bütün soydaşlarımızın ailəvi şəkildə qatılmalarına ümid edirik. Kompaniyanın Proqramına uyqun olaraq Qatılanlar özləri ilə Azərbaycanın qırmızı rəngli parçası və su bardaqları gətirsinlər. 2010-cu il aprel ayının 2-də (1388-ci il Fərvərdin ayının 13-ü) saat 12-ə Urmu Gölü Körpüsü ətrafında toplaşan soydaşlarımız milli-mədəni mərasimlər həyata keçiriləcəklər. Sonda bu vasitə ilə Urmu Gölünün nicatı uğrunda müsbət bir addım atılacağına ümid edilir. əlavə olaraq qeyd edək ki, Şərhçilərimizin fikricə millətimizin Urmu Gölü ətrafında toplaşıb birlik nümayiş etdirməsi Azərbaycanın Ayrılmaz Hissəsi olan Əzəli torpaqlarımıza göz tikən bədxah qonşularımızada bir məsaj olacaq. Biz bununla hələdə Urmu və Batı Azərbaycanda kimin hakim olduğunu bir daha nümayiş etdirib və bunu sübut etmiş olacayıq. Görüş zamanı : 2010-cu il aprel ayının 2-də (1388-ci il Fərvərdin ayının 13-ü) saat 12 . Urmu Gölü Körpüsü
|