Bruksel şəhrində keçirilən toplantı

Təbriz

Xurdad Ayının 22-23 də Bruksel şəhrində keçirilən toplantı iştirakçılarına Güney Azərbaycanda fəaliyyət göstərən bəzi şəxslərin müraciəti.

 

Dəyərli xaricədə yaşayan soydaşlar!

Xaricədə yaşayan Azərbaycanlı soydaşlarımızdan gələn şad xəbər və onların milli fəaliyyətləri  Güney Azərbaycan ictimaiyyətində xoş əhvali-ruhiyyəyə səbəb olaraq,  içəridə milli fəalları mənəvi baxımdan gücləndirir. Güney Azərbaycanda gedən milli oyanış yolunda bütün ziyalıların bir araya gəlmələri Azərbaycan Türk millətinin milli varlığını müdafiə edib, milli birliyimizin yüksəlmək uğrunda mübarizə əsas hədflərdən biridir və bu milli mənafeyimizin dəyərlərin qoruyur. Azərbaycan Türk milləti bütün soydaşlarımızın bir mübarizə səfində görməsini arzulayır, eyni zamanda vahid bir cəbhədə və bir sözilə milli maraqlarımızı dilə gətirib, onu müdafiə etdiyinə inanır. Güney Azərbaycanda yaşayan bütün milli fəallar istisnasız olaraq, milli-siyasi fəaliyyətlərini hər sahədə gücləndirib, getdiyi öz siyasi yolunu ümum iranın siyasi hərəkatındən ayırmışlar və içəridə gedən siyasi hərəkatı milli müqəddəratımıza görə uyğunlaşdırmağa səy edirlər. Xurdad Ayının 22-23 də(iyun ayının 12-13)Bruksel şəhrində bir iddə soydaşlarımızın tərəfindən dialoq toplantısının ardı keçirilməsi sevindirici xəbərdir və biz ümid edirik ki, toplantıda iştirak edən soylaşlarımız yalnız Azərbaycanın milli müqəddəratın gündəmə gətirib, hər hansı bir irançı təşkilatlanmaya izin vermiyələr, çünki, Güney Azərbaycanın milli potensial ancaq Azərbaycan Türk millətinin milli hərəkatının yolunda olub və onun son hədəfi  milli azadlıq və müstəqillik uyğrunda səfərbər  olmalıdır. Xaricədə yaşayan soydaşlarımız içəridə gedən mürəkkəb siyasi durumu nəzərə alaraq, hər çürə maska altında olan irançı qüvvələrə və onların  fitnəkar planlarını anlayıb,ayıq olmalıdırlar və hər hansı bir siyasi səhvə yol verməməlidirlər. Biz Günay Azərbaycanda fəaliyyət göstərən  milli fəallar Bruksel toplantısında bütün xaricədə yaşayan milli fəallarımızın iştirak etmələrinin arzusun edib, oyanış yolunda və milli müqəddəratımızın qorunub,yenidən yaranması üçün öz mənəvi yardımımızı elan edərək, toplantının iştirakçılarına uğurlar diləyib, işlərində başarılar arzulayırıq.

Yaşasın Azərbaycan Türk milləti

Məhv olsun Fars faşizmi

Təbriz 18/03/1389

 

 

 

www.solgunaz.com