Şorba elə tuzlu olmuş ki Xanda bilmiş

Nasiyonalistlər bir ipək böcəyi kimin çevrəsinə hördüyü qılıfda hapis olmuşlar

ALA_F

Bu günler dünya əfkare umumisi və siyasət arenasi İranin üzərində fokos etmiş və klitlənmişdir. Bunun əsas səbəbi İran xalqının ayaqlanması və onun qahraman gəncləridir ki yırtıcı İslam faşist hükümətinə xiyabanlarda boş əllərlə meydan oxumuşlar. Gün geçmir ki Avrupa devlətlerin bir yetqilisi, yaxud Barak Obama, Amerika prezidenti İran rejimin bu mədəni hərəkatın üzərinde uyquladığı baski və hücümünü qınamasın və ona tepki güstərməsin. Genc bir qadin olan Neda Ağasultanin kamera önündə məzlumca qətl edilməsi bu hərəkatın zirvəsinə ulaşaraq aslında bu itirazi hərəkatda qadinlarin iştirakının nəqədər yüksək olduğunun bir göstərgəsi sayılır.

 

Bu arada hər kəs Azərbaycanlıların susqunluğunu heyrətlə seir edir və Azərbaycan Milli Hərəkatının bu qeder pasif qalmasını şaşqınlıqla qarşılır:

“Olma Azərbaycan Milli Hərəkatı özünü Demokratik mücadilənin içində görmür?”

“Olma Azərbaycanlılar bu mücadilədə qadinlara bir həq tanimir?”

“Gərcəkdən Azərbaycanlılar kimi dəstəkliyirlər? Ahmədi Nejadı mı? Xamneini mı?”

 

Bu qonu yurtdışında fa`alların içindədə böyük tartışmalara yol açıpdır. Bu fa`allar farqılı düşüncələrə sahip olduqları üçün, tabi ki farqlı tepkilər gösterillər. Ancax bu görüşlər iki ana çizqiyə bölünməkdədir. Brincisi rejimə qarşı ayaqlanmaya qatılmayı önərir, ikincisi isə qatılmamayı. Bunların hər ikisində sağ və sol var, istiqlalçıda var, federalistdə var. Belə bir durum seçqilerin başindan bəri dəvam edir və məraqlıdır ki milli hərəkatın dışında olan hərəkat və təşkilatların içində belə aynı durum görünürdi. Ancax xalqin ayaqlanması yüksəldikcə, onlarin hamısı bu ayaqlanmanı onaylayıp, ona qatılımayı dəstəkləmişdir. Böyləcə iki çizqinin esas farqı ortaya çıxır; Birincilər öz xulyalarında idealarile məşqul olmayi yetərli görüllər və milli herekatı bu günki ayaqlanmadan uzaq tutaraq, bəlirsiz bir gələcəkdə, bir mücüzə sonucu İranin parçalanmasını və Azərbaycanin istiqlalını va`də verillər. Geçmişdə mən yazılarımda bu Kor Nasiyonalizm həqqinde milli hərəkati uyarmışdım¹ ki İranda gedən demokratik mücadileden əldə edəcəklərini görmür və verdiyi bağımsız bir mücadilə sözinən Milli Hərəkati demokratik mücadiliyə tərəfsiz qılmaya çalışır və bu vasileynən onu tam bir durqunluk və pasifizmə doğru götürür və bir çıxmaz küçiyə soxur. Aslına baxarsaq, belə bir qörüş bazı dogm Komonistlərin qörüşilə üst üstə düşür ki inanırlar İranda durup dururken bir mücüzə sonucu Sosiyalizm ortaya çıxacakdır. Bu yüzdən İranda gedən mücadilədə, nimunəsi seçqilərdə iştiraq etmirlər. Ancax bu günki ayaxlanmada iştirak edərken onun ilişkisini seçqilərlə danıllar. Sanki əyər millət seçqilərdə iştirak etməseydi, belə bir ayaqlanma mümkün olurmidi.

 

İkinci çizqi bir real politikaya dayanarq, milli şuur və hərəkatı iləri goturən hər hansi bir imkandan istifade etməyi qəbul etmiş və seçqilərdə yaxud onun sonucu olan ayaqlanmada iştirak etməyi onaylamışdır. İştirakçilarin içində farqlı görüşlər olduğuna baxmayaraq onlarin stratejik hədəfi müvcüd olan Fars Şüvünist yönlü hakimiyəti ya`ni Faşist İslam Hükümətini yıxmakdan ibarətdir. Bunlardan biri Azərbaycan Milli Hərəkatına demokratik bir çözüm öngörənlərdilər ki bu qonuda münasibətlərini ilk başdan, ya`ni seçqilərdən bəri bəlli etmişlər. Onlar bu hərəkatı, İranda demokrasi uğrunda verilən mücadilənin vazgeçilməz bir parçası olaraq vurguliyərək bu günki ayaqlanmada iştirak etməyi qaçınılmaz görmüşlər və öz istəklərini əldə etmək üçün millətə dayanan başka bir yol tanımırlar. Güney Azərbaycan Demokratları milli mücadiləni Bakı/Ankara yaxud Avrupa/Amerikada dəyil, İranın içində aparmayı düşünürlər.

 

İştirakçıların arasindada habelə bir qrup Azərbaycan Nasiyonalistləridə var ki özlərini üstə söz etdiyimiz Kor Nasiyonalizmdən uzaklaştırmaya çalışırlar və onlarin yaratdığı cıxmaz küçədən çıxış yolunu mehz Real Politikdə axtarip və bu günki demokratik ayaqlanmaya qatılmayı onaylırlar. Bu bir yangin kimin Nasiyonalist çevrələri bürüyüp və yogun tartışmalara yol açıpdır ki ba`zan böyük təhqirlər və ihanətlərlə sonuçlanır. Bu tartışmalar secqilərdən öncə, Əkbər Ə`ləminin kandid olmasile başlandi və nasiyonalistlərin bir coxu Ələmini desteklədi. Ancax kiçik bir azınlık dəstək verənləri İran siyasətinə qarışmaqla suçladi və qınadı. O sıralarda seçgilərlə ilgili güneydəki fa`aların arasında bir koordinasiyon şurası gurulmuşdi. Ancax dışarıdaki fa`alların başçıları, aralarinda olan ixtilaflara baxmayaraq oni qondarma şurası adlandırdı və birdaha göstərdilər ki liderlik iddeasına gəlincə öz prəsiplərindən vazgeçəbilirər və içəridəki fa`alları özlərinə rəqip olaraq görmək istəmirlər.

 

Ə`ləminin səlahiyətinin rədd olmasindan həmən sonra dava döyüşlər tikrar başlandı. Koordinasiyon şurasi 3çü bəyaniyəsində dolaylı olaraq iki islahtələb kandidləri onayladı. Millət Musəvinin Türk olduğunu mənimsədi və onu seçdi, hərçənd Kərrubi bəyannaməsində daha net və açik şəkildə milli həqləri dəstəkləmişdi və şuranin 6 maddəsini qəbul etmişdi. Bir gündə Təbriz yeşil rənginə büründü və kütlə göstərdiki lidərlərin sözlərinə çoxda baş qoşmur və onların davasında iştirak etmək istəmir.

 

Seçqilər təqəllublə sonüçlanırkən İran xalqi ayağa qalkdı və verdiyi rayinə sahib çıxmak istədi. Azərbaycan millətidə birinci gün ayaqlanmaya qatıldı və dediklərə görə Urmuda 2 şəhid belə verdi. Ancax fa`alarin tərədüdlərinin səbəbilə dayandı və bəkləmə halına girdi. Bu bir yol daha göstərdi ki liderlərin sözile xiyabanlara tükülməyn kütlələr, onların mənfi tavurlarına daha çox ayaq uydurullar, ki bu bir ibrət almalı vəziyətdir.

 

Dışarıdaki fa`allarin arasinda tartışmalar tırmandı və gərginliyə dönüşdü. Artix ayaqlanmaya qatılmaqa təşviq edənler “Xain” adlanırdı. Sonuçda bütün Nasiyonalist qısımın içində bir çatlaq ortaya çıkmışdır. İran Yünətimin içindəki çatlaq daha çox açılırkən Azərbaycan fa`allarin arasıda bir o qədər açıldı. Ancax bu bir başqa ayrılışmayidi. İran yönətimi başından ikiyə bölünmüşdü. Azərbaycan fa`aları ise başı bədəndən ayrildi. Elə ki başçılarin bir coxu ayaqlanmaya qatılmaq istərkən, nasiyonalist kütlələr onlara qarsı çıxırdı və bu yolda başçılarin geçmişdə təblig etdiyi İran qarşıtı şoarların üstünə basaraq ayağlanmada iştirak etməyi qınırdı.

 

“Hani İran adlanan ölkəni rəsmiyətə tanımırduz, indi onun uğrunda gənclərimizi qurban vermək istirsuz mi?”

“Pan Farsların arasında gedən bu savaşdan bizə nə, Bıraxda bir birini qırsınlar.”

“Hani diyirduz İran demokratların hamısı Türk millətinə qarşıdılar və heç İran təşkilati geçmişdə bizə sahip cıxmamışdır, indi niye biz onları qoruyak?”

“Azərbaycan mərkəzli düşüncə tərzi necə oldu? Bu ayaxlanma İrana ayit olan şeydir və ona qatılmaq İrançılıqdan başqa bir şey dəir.”

“Musəvi və Kərrubi geçmiş 30 ildə Azərbaycana neynəmişlər? Bunlar İranin Fars rejiminin ayrılmaz bir parçasıdılar. Özləri deyirler rejimi qurtarmaya gelmişuk.”

“1385də Azərbaycanın ayaqlanmasında bu Farslardan heç bir səs çıxmadı. Türkün Türkdən başqa dostu yoxdu.”

“Kim demiş ki İslam Cumhuriyəti tümü bizim düşmənimiz, Pasdarlarin içində belə Türk balaları var. Molla Həsəni geçmişdə bizi Kürdləre qarşı qorumadı mı?”

 

Bu sorular nasiyonalist başçıların üzərinə yağarkən, onlarin verəciyi cox az bir cavabları vardı. Elə görünür ki nasiyonalistlər bir ipək böcəyi kimin çevrəsinə hördüyü qılıfda hapis olmuşlar. Başçıların verdiyi cəvablar hər nəqədər gərcəkci bir siyasəti təmsil edərsə etsin, ayaqlanmaya qatılmaq üçün bir taqım bəhanələrin ötəsinə getmir. İranda ayaqlanmanin təməlini anlayıp və anlatmadan nece ona qatılmayı önərmək olur ki? “Bu bir Üsyandı. İran xalqi təqəllubə qarşı və azadlıq üçün ayağa qalxıp. Bu illər boyu birikən Öfkədir.” Belə gənəl qavramlarla bir hərəkati anlatmaq olmaz və illər boyu aparılan təbliqatı bir gecədə silip atmak olmaz.

 

“İran yönətimi bir qalaya bənzər. Onu yıkmaq üçün güclərin hamısı birlikdə ona saldırmalı.” “İranda Mərkəz hükümətin zaiflənməsi bizim faydamıza olur.” Bu Suri məntıqlərə asılmak geçmişdəki sorulara yeni bir taqım sorular ilavə edir; “söz qonusu qala İslam Cumhuriyəti ise, İslahtələblər ki onu yıxmak istəmirler ki. Tam tərsinə Musəvi özi demişkən, bu qalani qurtarmaya gəlmiş, yıxmaqa dəyil.” “Musəvinin hükümətindən bizə nə xeir gəlir?”

 

Bu sorularin təməlin uluşduran zehniyət, geçmiş 18 il boyunca Nasiyonalist liderlərin və onların önündə gələn GünazTVnin başqanı və onun çevrəsində olan teorisiyənlərin təbliqatın nətijəsidir. Panİranizm² tək millət, tək kültür və tek dil anlayışı üzərində qurulan bir asimilasiyon siyasətidir. Ancax bunların teorileri Panİranizm yerinə uydurma PanFarsizm qavramını yaratmış və böyləcə Fars millətinən başqa millətlər arasinda gərginlik yarataraq millətlər arasi savaşa yol açmışdır. Kürd millətinin içində olan bir qrup töseətələb təşkilat və ünsürləri bahanə edərək Türk və Kürd millətlərin arasinda savaşı təblıq etmiş. İran İslam Cumhuriyətinin Fars Şüvünist siyasətlarini bəhanə edərək onu Farslarin Hüküməti adlandırmış və böyləcə onun İslami Faşist mahiyetini və Şiiə ideolojisini gözardı edip, hakimiyətdə millətlərin hamısından iştirak etməsini örtmək istəmişdir. Bu yolda bugünün siyasət termlərinə ait olmayan kavramlrin qullanmasından çekinməyip habele Manqurd Manqurd diyə bağırmışdı.

 

Azərbaycana gəlincə, nasiyonalist başçıları millətin içində sola-qarşı histiri yaratmaq üçün, Azərbaycan fa`alarının siyasi geçmişlərini çeşitli bahanələrlə şübhəli göstərməyə çalışdı. Bir misal olaraq, Azərbaycanda Fədayilərin qaralamak üçün, Şəriətmədarın sərtasəri və İrançı Hərəkatını Azərbaycan Milli hərəkətına mənsub elədi. Bu yolda İslam Faşist devlətinin əlindən sağ qurtulan milli fa`alarından Təvvab düzəltməyə çalışdı və oraya qədər iləri getdi ki milli fa`alara qarşı özünü bir Filter halına gətirdi. Bu yodla Şuraye Negəhban və Vilayəte Fəqih oyununda belə çəkinmədi və Obalı Vilayətini qurmaya çalışdı! Şəms Tebriz Gazetəsini xain adlandırdı və içəridəki koordinasiyon Şurasını qondarma. DAKın ölüsünü canlandırmaya qalkdı və bu yolda ketdərdə və obalarda olduğu kimin Ağsaqqal yöntəmini qullandi. Ancax buda bir işə yaramadı və geçmişdə ikiyə bölünən DAK bu səfər üçə bölündü. Sözdə “GünazTV istiqlalçıların TVsidi” deyildi. Ancax sonunda GAİBın istiqlalçı arzularını, AMATın bütöylük xulyasilə dəyiştirdi və bu bir addim iləri, iki addim geri deməkdir ki bəlirli Güney məsələrini biryana bırakıp, Quzey Güneyi birləştirmək xulyasile məşqul olmakdı. Sonuç itibarilə bir nasiyonalist kitlə ortaya çıxdı ki “Haray Haray mən Türkəm” şoarının ötəsinə gedənmədi və bözqurd işarətlərilə öz Turancı xulyalarını sakinləştirməyə çalışdı. Əldə edilən tam bir kor nasiyonalizmidi ki Azərbaycançılığı ozunə bir ideoloji olaraq seçmişdi; “Nə sağcıyam, Nə solcu, Millətçiyəm Millətçi”

 

Nasiyonalist başçıların tüm iddealarına rağmən, İran xalqının ayağlanmasına görə bu ana qəder düzgün bir açıklama gətirənməmişdir. Bu ayaqlanma açıkca göstərdiki İranda milli hərəkatın dışında başqa hərəkatda var və bunlar İslam Cumhuriyətinin Dinci Faşist mahiyətindən asılı olaraq ortaya çıxmışlar. Bu hərəkatin  önündə gələn qadin haqları hərəkatıdır ki rejimin uyquladığı orta çağa ait olan qanunların basqısı altına tutulmuşlar. İşçi Səndika hərəkati onlarin iqtisadi istəklərinə şamil olur. Başqa insan həqləridə bu demokratik mücadilədə İslam Cumhuriyətinə qarşıdılar ki ginə onun qerici Şiə ideolojisindən qaynaqlanan bir şeydir. Bu Hərəkatın içində İranda yaşayan Millətlətin hərəkatıda var ki mahiyət itibarilə gələcəkdə İranda qurulan hükümətini özünə hədəf seçmişdir ki bu özəllik başqa hərəkata görə onun üstünlüyünü gösterir. Başqa hərəkatın hakimiyətə gəlməsinin söz qonusu olmadiği üçün, onlar siyasi qüclərin öndərliyini qəbul etmək məcburiyətindədilər. Bu gün Musəvi öz liderlik mührünü bu hərəkata vurmuş durumdadır. Ancax Milli Hərəkatın bu mücadilədə iştirak etdiyi halda bu Hərəkatın başqa hərəkatın üzərində öndərliyini gurmak şansi vardir.³

 

Tabi ki Nasioynalistlərin apardıyı tebliqat və ondan törənən zihniyətin üzərində siyasət qurmaq olmaz. Güney Azərbaycan Milli Hərəkatını Demokrasi uğrunda vərilən mücadilədən ayırmak, onu başqa demokrat hərəkatdan ayırmak deməkdir. Siyasətdən ayri düşən belə bir düşüncə milli hərəkati öz kütləsindən belə ayrilmasına nədən olur və tək başına bırakması yüzündən yenilməyə məkum edir. Hərəkətsiz və cansiz bir milli hərəkat kimsəyə fayda gətirməz. Bu gərcəyi anlayan Nasiyonalistlər çevrələrinə hördüyü qılıfı yırtıp ondan cıxmak üçün, geçmişdə apardıkları təblıqatdan vazgecməlidilər, Milli Hərəkatını İranda Demokrasi uğrunda vərilən mücadilənin vazgeçilməz bir parçai olaraq görüp, və onu başqa Demokrat hərəkatile işbirliyi aparmağa yönləndirməlidilər. Milli hərəkatı siyasiləştirmək demək, milləti siyasi fa`aliyətə çağrmakdan başqa bir anlamı yoxdur. Bu yolda milli hərəkatin tək bir səsi olan GünAztvisini təkəlci siyasətdən uzaq tutup, bütün demokrat fa`aların TVisine çevrilməlidilər. Azərbaycan Nasiyonalistləri milli hərəkatına duyarli olduklarına inandığım ücün onlari yeni bir başlanqica dəvət edirəm və onlara bu yeni yollarında başarilar arzu edirəm.

 

London June 2009

www.hamraahaan.com

 

NOTLAR:

 

1. Bu linkə baxın:http://www.hamraahaan.co.uk/AZnationalism.pdf

 

2. Panİranizm qonusuda bu linkə baxın: http://www.hamraahaan.co.uk/Comp50.htm

 

3. İranda Milli məsələnin demokratik çözümü haqinda bu linkə baxin:

    http://www.hamraahaan.co.uk/Nationalism.pdf

 

 

 

 

 

www.solgunaz.com