|
Azərbaycanın mərd oqlı, Çingiz Bəxtavər
Londonda, Güney Azərbaycanlılar Təşkilatın anma mərasimində verdiyim məruzə ALA_F
Heidər Baba mərd oğlanlar doğgunan, Namərdlərin burunların oğgunan, Gədiklərdə qurdları tut böğgünan, Qoy quzular ayın şayın otlasın, Qoyunların quyrukların qatlasın.
Çingiz Bəxtavər o mərd oğlanların biridi. Azərbaycan yurdu heç zaman belə mərd oğlanlardan boş olmamışdır. Ancax Çingiz Bəxtavərin bu arada özəl bir yeri vardır. Öz siyasi geçmişindən dolayı, Çingiz Bəxtavər Azərbaycan Milli Hərəkatında bir teorik qaynaq sayılırdı. Əməli sahələrdə milli faallar hər zaman yetişir və hər gün çoxalır. Ancax teorik alanında Çingiz bəy kimi insanların yetişdirilməsi illər alır və illər boyo büyük siyasi təcrübələr tələb edir. Bu yüzdən Çingiz Bəxtavərin ölümü Azərbaycan Milli Hərəkatına büyük bir zayiə sayılır, bəlkə yeri dolmayan bir zayiə və qayıp. Və ele bu yüzdən Çingiz Bəxtavər kimi faallarin qorunması Azərbaycan Milli Hərəkatında büyük bir önəm daşır və Azərbaycan milləti öz faalların qorumalıdır. Ancax necə?
İran İslam Cümhüriyəti öz yapı itibarilə ortaçağlardan qalmış bir hükümət və devlətdir. Bügün İslam Cümhüriyeti gördüyü saysız hesapsız cinayətlərden dolayı, feqet Azərbaycan və İran dəyir, bəlki dünyanın üz qarasıdır. Dünya siyasi arenalarinda bu məsələ anlaşılmışdır və bu yüzdən onu dəyiştirməyə, dolaylı ya dolaysız söykənmişlər. Azərbaycan Milli Hərəkatı da bu şansı dəyərləndirməlidir və bu yüzdən İranda başqaldırılan qiyama qatılmakdan başqa bir çarəsi yoxdur. Aksı təqdirdə ona qarşı sakit və duyarsız qalmak deyir ki Azərbaycan Millətinə yaraşmaz, bəlki onun faallarını yırtıcı hakimiyətin önündə difasız və təslim halında bırakmak olur.
Əyər bizler inanuruk ki İslam Cumhuriyəti Fars rasisminin bügünki təmsilcisi sayılır, necəki Amsterdam bayaniyəsindədə belə gəlipdir, onunla savaşmakdan başqa çarəmiz yoxdur. Düşməni öz susqunluğumuzla qandırmak əslində onu küçümsəməkdən başqa bir shey dəyirdir. İranda baş verən qiyama qatilmamaqla Azərbaycan Milli Hərərkatı öz faallarını bu yırtıcı düşmənin önündə tək başına, himayəsiz və yardımcısız bırakmak demekdir.
Mən geçən 4 ay içində yazılarımda Traktor məsələsində toxunaraq hər kəsi rejimin şantajına məruz qalmaması üçün ikaz etmışdım. Təəssuflər olsun ki bügün öngördüyüm hadisələr başverməyə başlamışdır. İrandaki qiyama qatilmasın diye, İslam Rejimi Azərbaycan millətinə izin verdi ki stadiumlarda Yaşasın Traxtor diyə bağırsın və al bayrag oynadsın. İndi bunu sormalik ki hardadi o 70,000 nəfər Traktor tərəfdarı ki Çingizin qanina sahab çixa və Təbrizin xiyabanlarini savaş alanına çevirə? Bu qanlar nə zamana qeder yerde qalacak? Daqiqe 89 İranin xalq qiyaminin bastırılıp bitdiyindən sonra mi başlanacak?
Burda size Bertold Brechtin şeirini xatırlatmak istirəm:
Bizim binaya Öncə komonistləri almaya gəldilər, Mən komonist deyirdim, Mənə nə dedim və sustum. Sonra sədikaçıları almaya gəldilər, Və mən sendikaci deyirdim, O yüzdən sustum. Sonra liberalları almaya gəldilər, Mən liberal deyirdim, Mənə nə dedim və sustum. Daha sonra demkratlari, Və yehudiləri Mən nə demokratidim, nədə yəhudidim, Mənə nə dedim və sustum. Məni almaya gələndə, Məni qoruyup saxlamağa artix kimsə qalmamışdı...
Birdə unutmayak ki bir savaşda hərərkət və həmlə etməklə çox sheylər qorunabilirç ancax münfəil və təslim vəziyətdə kimsə qorunamaz.
Qəhr olsun Faşist İslam Cumhuriyetine, Yaşasın Azərbaycan, Eşq olsun Güney Azərbaycanda gedən azadliq hərəkatına, Eşq olsun.
3 January 2010, London
|