İranda makyavelizm və şovenizm şivələrlər

mollalar qan tökürlər.

 

                                                         Azərəxş

 

                     Xalq kütlələrinin işsizliyi, yoxsulluğu, aclığı, fəsad, etiyad

                     (~ narkomaniya) dini diktatorların xeyrinədir.

                     Camiədə belə ümuni faciəni cəbbar diktatorlar bilərək qəsdən

                     yaradarlar.

                     Çünki ac möhtac insan ilk başda özü və ailəsinin qarnın doyur-

                     maq üçün hər bir işə qatlanar və istəmədən hər cür zorakılığa

                     tabe olar.

                     Bu gün Tehranda hökum sürən mollalar xilafəti ilk gündən ey-

                     ni şivədən istifadə etmişlər və günbəgün qəddarcasına dəvam

                     etməkdədirlər.

 

                     ]Surə 7, Ayə 94: Biz hansı bir məmləkətə peyğəmbər göndər-[

                     ]diksə, onun əhalisini (peyğəmbərləri tanımadıqları üçün bir[

                     ]müddət) müsibətə və bəlaya (xəstəlik, yoxsulluq, qıtlıq, aclıq[

                     ]və s.) saldıq ki, bəlkə, (günahlarını başa düşərək Allaha) yal-[

                     ]varıb-yaxarsınlar! www.kuran.gen.tr/?x=s_main&kid=13 Baltacı Araz[

 

                    Fars dilində yazılmış (Fərhənge Muin) adlı kitabda cəbbar kəl-

                     məsinin mənasın açıqladıqda belə yazır:

                     (Cəbbar kəlməsi Allahın sifətlərindən biridir.)

                     Sonra qısa şərhdə deyir: Cəbbar Allahın sifətlərindən bir olduğu

                     halda, onun əsil mənası yəni: Hər şeyə qadir və müsəllət olmaq,

                     qüdrətli olmaq, qəhhar və qəzəbli olmaq və nəhayətdə cəbbar tə-

                     kəbbürlü, xodxah, rəhimsiz olmalıdır.

                     Buna görə (Makyaveli) yazdığı (Şəhryar) adlı kitabında qəddar

                     hakimlərə nəsihət edib yol göstərir və onlara xitabən belə deyir:

                     Müsəllət olmaq üçün gərək rəhimsiz və cəbbar olasız. Çünki

                     təkcə qəddar və cəbbar olmaqla hakimiyyəti qəsb edənlər öz

                     məqamlarında və qüdrətdə qala bilərlər.

                     Xalqa müsəllət olmağın gərəyi insaniyyətdən uzaq olmaq və

                     bütün rəzilanə və qeyri insanı şivələrdən istifadə etmələ, öl-

                     kənin bütün sərvət qaynaqların ələ keçirmək lazımdır.

                     Cəbbar qüdrəti ələ aldıqdan sonra öz hakimiyyətinə dəvam

                     verib onu yaşadmaq istərsə, gərək o camiədə mövcud olan

                     bütün şərir, rəhimsiz, cinayətkar, oğru, cahil, qanmaz və

                     məntiqsiz ünsürləri öz ətrafına toplayıb, onları silahlandırıb,

                     böyük məqamlara mənsub edib, geniş imkanlar və ixtiyarlar

                     verməklə birlikdə, onlara bol-bol pul verib öz əmrinə tabe

                     etməlidir.

                     Makyavel şəhryar kitabında qeyd edir:

                     Cəbbar və onun müttəhidləri və onunla birlikdə hakimiyyətə

                     ortaq olan təbliğatçılar, yaradılmış silahlı qüvvələrdə xidmət

                     edənlər gərək cəbbarın əmrlərinə tabe olsunlar, bu qüvvələrdə

                     cəbbara xidmət edən muzdurların fikir və düşüncələrini haki-

                     miyyətin təbliğatçıları gərək sürətlə dəyişdirsinlər.

                     Yəni dəvamlı olaraq uydurucu, içiboş, yalan təbliğatlar və ar-

                     dıcıl təlimatlar verməklə xidmətçilərin beyinlərin yuyub yaxa-

                     layıb “manqurtlaşdırib”, cəbbarın qüdrətin “əzəmətin” onların

                     gözündə “Allah” kimi tanıddırmaqa daimən danışıb təlaş et-

                     məlidirlər. Beləliklə onları (manqurtlaşdırıb) cəbbarın hər bir

                     sözün və əmrlərin “Allah”ın əmrləri kimi göstərməlidirlər.

                     Makyaveli deyir:

                     Təlimat görmüş və əmrə tabe olan silahlı qüvvələrin ən vacib

                     və başda gələn vəzifələrindən biri hakim olan cəbbarın məqa-

                     mından və onun hakimiyyətindən ciddiyyətlə müdafiə etmək

                     və bu vəzifə ilə yanaşı, xalqın xüsusi həyatına müdaxilə et-

                     mək, ailələri dağıtmaq, nəfəsləri boğmaq, hakimin əleyhinə

                     baş qaldıran hər bir şəxsi gərək tam qüdrətlə və heç rəhm et-

                     mədən öldürüb məhv etmək lazımdır.

                     Cəbbarın ətrafında olan rəngarəg hiləgər həmkarları, xalqı al-

                     dadmaq üçün dəvamlı oaraq gərək böyük yalanlar danışıb və

                     heç bir cinayətdən, rəzalətdən çəkinməsinlər.

                     Cəbbarın işgüzarları camiənin əxlaqın sarsıtmaq üçün gərək

                     xalq kütlələrinin arasında yalan danışmağı, yaltaqlığı, yalvar-

                     mağı, itaətkar olmağı, dilənçiliyi, xəbərçiliyi, əxlaqsızlığı rə-

                     vac verib, qadın və qızları fəsada sürükləyib, cürbəcür fəsad-

                     ların camiədə yaranmasına və xalqın arasında rəvac tapması-

                     na gərək cəhd göstərsinlər. Bu rejimin işgüzarlarının önəmli

                     vəzifələrindən biri olduqda, həm də xalqın oyanışının dirçə-

                     lişinin qarşısın şiddətlə almalıdırlar.

 

Geniş xalq kütlələrinin aydınlaşması, oyanışı cəbbar iqtida-

                     rının xeyrinə deyil, buna görə də xalq kütlələrin gərək həmişə

                     cahil, ac mühtac, yoxsul, dilənçi, qorxaq saxlamaq.

                     Çünkü ac, mühtac, qorxaq, yoxsul olmayan və şüurların ça-

                     lışdıran xalq kütlələri bir-birləri ilə görüşüb, danışıb düşü-

                     nərək cəbbarın zülmləri əliyhinə birləşib qiyam edə bilərlər,

                     bələliklə cəbbarın hakimiyyəti məhv olub aradan gedər və

                     sayirələr.

                     .......................

                     Yuxarıda qeyd olunan qısa mətləblər italiyalı Makyavelinin

                     (1469-1527-nci illərdə) cəbbarlara verdiyi nəsihətlərdən kiçik

                     bir bölümü idi. ...................

 

                     Yaşasın Azərbaycan

 

                     Azərəxş

                     2011.10.27

 

 

 

 

www.solgunaz.com