|
Na-bərabər dava Eşilbax Na-bərabər davada Taysız savaşda Söykəndim sülhə mən Aslandım dincə Dəydim bərk dəyərin , dərinliyinə Sarıldım sıx-sıxı , sığallığa mən Helləndim hel-heli , həllənməklərə Bələndim bələkdə , bəllənməklərə
Na-bərabər davada Ağladım ağı Tikildim eşiyin , daş muncuğuna Oturdum ortanın ortalığında Oturtdum ortanı ortalığımda Ortaq , ortalandı amaclarımda Mən sülhü dindirdim Sülh , mənə baxdı Dincin gözlərindən Mirvari axdı Qudurğan davada Dadlar dalaşdı Şirin zəhərləndi Dili lallaşdı Söyləmi söylədi Acılıq , acı
Na-bərabər davada Kasat kəsərdə Kəsildim kəssəyə , kəsərliyimdən Qırıldım qırmızı , qırıq daşlara Qıncıldı qınında , qızqın qızarmış Qırcandı , qınanmış qılıncın qını Qıtraq Qarıldadı qarğalarımda Qaranlıq qarışdı qarışlarıma Günahlar , bulandı qarğışlarıma
Na-bərabər davada Dağladım dağı Danışdım dar ağacının , dar qulağına Dağıtdım davanın dağarcığını Daladım davanın dadışmasında Nə qədər bol həvəs , qan-qırmızını
Na-bərabər davada Paxıllıq pası Yaxıldı atların dırnaqlarına Atın dırnağının Torlu tozları Oturdu Atlının göz bəbəyində Gərçək , gərçəkləşdi , göz ağrısında Gənəl oldu olum , oluşmalarda Mən bir yana düşdüm , dost o biri yana
Na-bərabər davada Nifrət gül açdı Baydırdı barışım , nəki varını Kasat oldu bazar , dialoqlara Söyləmə , yer yoxudu Yer söyləmlərə Doğdu , balaladı , qarşıdurmalar Mincə kərə artdı , sülhün qorxusu Yalnış anlayışdır dost adı , düşmən Anlaşa bilmədən , dost düşmən olmuş Min kərə dost olan , düşmənlər imiş Min dəfə düşmənlər , o dostlar imiş Nələr eyləyəcək , yalnış anlayış Müştəbəh olana , min kərə danış
Na-bərabər davada Mən istədiyimi İstəyirdi oda Mənimsəməkdən
Mənimsəmək nədir ? bölüşmək gərək Ortaya bu sözü , gəlin itələyək
Dialoq , dayloq , söyləşim imiş Davaya yalnızca , bir dərman imiş
Eşilbax 27.5.2011 Alman إشیلباخ
|