DİL QOŞUĞUN ÖZÜDÜRErsan Erel Sözsüz insan dili tapanda, bütün yaratdığı yeni sözlər birər qoşuq nitəliyindəydi. Yaratdığı sözlərdə qoşuq təkin, imgə, simgə, eləcə də yaşadığı çevrənin yaşam izlərinin coşqusu vardı. Bu yaranan sözlərə dünyagörüşünü yansıtdığı təkin, sözlərin gözəlliyini də önəmsəyirdi. İnsanın düşüncəsi gəlişdiqcə, sözlərin də anlamı daha böyüyürdü. Birər sözcük yeni bir dünyanın savcusuydu. Dilin buluşu, nəsnə buluşu təkin bütün bir buluş deyil. Səslərin çevrəylə insanın içinin anlaşım birliyindən yaranırdı. Bununla da səs- səs sözlər anlam qazanırdı. Öncə səslər anlamlı, sonra səslərin doğuşundan yeni sözlər anlamlaşırdı. Sözlərin anası olan səslər, uzun sürə bütün canlıların düşüncələrini, duyğularını yansıdırdı. İnsan səsi sözə çevirəndən sonra, yaşam olaraq heyvandan ayrıldı. Bu ayrılmanın sonucu, doğayla anlaşımda yaxınlıq duyub, insanlarla da ilişgilərdə anlamlı birliyə varmışdır. Dillə insan içgüdü anlaşımından, düşünsəl anlaşıma uzanmışdır. Sözü tapmayan insan, səslərlə öz dünyasını dışa vururdu. Demək səslər insan üçün birər düşüncə araclarıydı. İnsan bu aracı quraşdırıb sözlərə çevirərək, başqalarıyla ortaq anlaşımlarını daha da gəlişdirdi. Bu gəlişim sürəcində sözlərin gözəlliyndən bilimsəl düşüncələrı sapa düzüb, qoşuq olqusuna vardı. Öncə bu qoşuqlarda səs uyumlarına daha çox önəm verirdi.Tarix sürəcində səslərin yoldaşlığından sözlər, sözlərin yoldaşlığından isə tümcələr doğmuşdur. Səslər sözlərə görə, sözlər tümcələrə görə soyut anlam daşıyırlar. Bir sözlə səslərin sözlərə görə, sözlərin tümcələrə görə dünyaları daha geniş, daah böyükdür.Qoşuq sözünün anlamını yalnız toplumun ağrı, acılarını sapa düzərək dilə gətirmək deyil, sözlərlə səslərin bilimsəl , eləcə də ruhsal yönlərini uyumlu olaraq işlətməkdir. Bu yöndə biriləri Türkün Qoşuğunu ərəbin Şeiri qarşısından yaya görürsə, o Qoşuq sözcüyünün doğru düzgün kökənsəl baxımdan qavranılmamasından qaynaqlanır. Gənəldə hansısa bir söz kəsinliklə başqa dillərdə olan sözcükləri tam anlamıyla qarşılıyamaz. Bu açıdan ortaq bir anlam üzərində sözlər qarşılıqlı olaraq anlaşılır.*****M.Ə. əkbər sabir, S. Mümtaza söyləşidə deiyirdi; Əruzu böyüklər ərəblərdən alıb bizə gətirdilər, bunu böyklər də götürəcəklər. Elə çox çəkmədi, Əhməd cavad, C.cabbarlı, S. Vurğun, R.Rıza...lar bunu etdilər. Bu dəyişimdə yalnız anlamlar deyil, geometri boyutlarla birgə sözlərin bəllyində olan tarixsəl görəvlər də Türkcə olaraq dəyərləndirildilər. Bunula da daha kimsə əlişir Nəvayi, füzüli kimi düşvarı asan etməyə qalxmadı. Daha doğrusu Asanı mənimsəyib, sözün gerçək anlamını bütün ağır çalarlarıyla yansıtmağa başladılar. Bu əskidən də Türk qoşuğçusunun gördüyü doğru işidi. Bunları ozanlar olduqca toplum arasında yansıtmışdılar. Nə yazıq, Ərəbin əruzuyla şeiri beynimizi bilim vurğunluğuyla yanılqıya götürüb, gerçək Türk qoşuğundan uzaq düşrmüşdü. Geçmişdə necə biriləri əruzun gölgəsində Türkcəni əzişdiridisə, indi də batı qoşuğunun evrənsəl üzünü göstərmədən, batı coğarfiyası içində klasizmdən pstmodernizmə kimi əzişdirirlər. 19.cu yüzildə romantizmdən başlayaıb, postmodernizmə kimi sürüklənə sürüklənə gələn bütün axımlar dilin özəlliklərinə dayanaraq yenilikləri ortaya qoymuşdur. Ancaq bizlər qoşuqda dil olqusunu önəmsəmədən, çeviri dilə dayalı dizələrə yüklənib, üzçıxarma(kopiya) kimi qurqu bilimini uzuq(sənət) olaraq topluma sunmuşuq. Dilin bireyləri(sözcükləri) bəlləklərində daşıdıqları çeşitli tarixsəl görəvlər dışında ( söz qanda doğuldu. P. Neroda), insanların gözəllik, incəlik, çeviklik... kimi ruhsal anlayışların da qarşılayırlar. Bu açıdan günümüzə kimi gəlib çatan yazınsal axımlarda dilin bütün yönlərinə ağırlıq verilmiş, sözlərin içində olan bütün anlamsal, duyğusal boyaları sıxılıb, üzə çıxarılmağa çalışılmışdır. Qoşuğun çağcıl olqusunu sürəkli anlamlara dayalı dəyərləndirdiyimizdən, onların göstərgəbilim(semiotik) yanlarını göz ardı edirik. Bu açıdan dilin geçmiş bütün tarixsəl yükləriylə, imgələrini olduğu kimi yansıtmırıq. R, Bartın dediyi kimi Qarşılaşdıracaq mətinlərə getmədən, başqalarının yorumlarına dayanaraq düşüncə irəli sürürük. R. Türkcə doğanın İzlənimçilk ( Empresyonizm) yanlarını, yansıtdığı kimi gemetrik yanlarını da yansıdan bir dildir. Buna görə də başarılı bir qoşuqçu Nazim Hikmət kimi, kubizm çizərləri təkin sözlərin bütün yönlərini izləyib, yansıtmağa çalışırdı. Hava kurşun gibi ağır! Bağır bağır bağır bağırıyorum! Koşun kurşun erit- -meğe çağırıyorum... O diyor ki bana: -Sen kendi sesinle kül olursun ey! Kerem gibi yana yana..." ...Nazımin dediyi kimi o da P. Pikaso təkin sözləri gözgü qarşısında bütün boyutlarıyla yansıdırdı. Burada bətimləmələr sözlərin anlamından çox, onların səs yansımalarında özünü göstərir. Ə. Şamlu da S.Bağçabanın dinlətdiyi Xəzər qoşuğuna görə deyirdi; Mən qoşuğu düzgün anlamasam da onun səsərinin dalğasından, qoşuqda savaşdan, hərəkətdən söz edildiyini duyurdum. Demək Nazım Türkcənin səs boyutlarını anlama çevirib, doğa gözəlliyi olan dili topluma simgələr biçimində sunurdu. Dillər ulusların tarixinin, əkininin(kültürünün), ulusal ruhsallıq yaşantılarının dağarçığıdır. Buna görə də Haydger Dil varlığın evidir deyirdi. Bu evin bütün varlığını görmək üçün, ən azından bütün yönlərini bilmək gərəkir. Türkcə doğada olan bütün canlıları, devingənliyi, bərkliyi, yumuşaqlığı, çevikliyi, qaranlığı, Işıqlığı...varsıl edimləriylə yansıda bilir. Qoşuqçu bunları bacardığında dil öz gözəlliyinin egemenliyini qoşuğa yansıdır.Yerdən ayağını quş kimi üzübYay kimi dartınıb, ox kimi süzübYenə öz qoşunun nizama düzübNə gözəl yaraşır muğana ceyrənSəməd Vurğunun bu romantizmini bir çizərə versən çətinlik çəkmədən onu olduğu kimi kağaza yansıdar. Burada işlədilən edimlər Türkcənin özəl yanlarını göstərir. Üzən, Dartınan, Süzən kimi edimlərin yumuşaq yönləri, Türklər üçün incəlik, gözəllik simgəsi olan Maralın qaçışını qoşuqsəl yansıdır. Burada edimlər bətimləmənin doğal yansımasına yardımıcı olur. Əruz qoşuğu ərəbcə üçün necə uyğunudursa, hecə biçimi də Türkcə üçün elədir. Türkcənin söz yapısında çeviklik, incəlik, iç, dış anlamların bütünü gənəldə səslərə yüklənibdir. Bu açıdan Türkcənin içindən anlamlarını yansıtmaq üçün , səslərin qalın, yumuşaqlığı önəmsənməlidir. Ancaq alınma sözlərdə dil bu anlamları yansıtmadığı üçün, bütün söz anlamına yönəlir. Bunlarda da yetərsiz olanda, birləşik sözlərə yönəlilir. Geçmişdə yazılan əruz qoşuqlarında bunu açaıqca görmək olar. Bu açıdan Türkcə əruzda bir sözün bütün tarixsəl yanlarını, bir də səslənim yanlarını itirirdi. Bu itgilər sonucu Türkcə sıradan bir dil görünümündə sunulur, ondan sonra da dışlanırdı. Çün o gələn biçim(əruz) Türkcənin qurallarına uymurdu. Bunun üçün gücəndirilən Türkcə də daha kobud səslənimə yönəlirdi. Ancaq Türkcənin səs, söz yapısına uyğun biçim, eləcə də sözlərin tarixsəl yoldaşlığı bir yerə toplananda, bətimləmələr aza endirilir, sözlər daha anlam qazanır. B.Q. Səhəndin bu ağıtında olduğu kimi. Mən sənə nə yazım Səməd?Dənli xərmənimin yanmasın yazım?Sərin su küzəmin calanmasın yazəm?...Qoşuqçu burada yenilikçidir. Bu yenilikçiliyi yalnız dilin yapısında olan birimləri diritmək deyil, dindirməklə olası olmuşdur. Burada O.Pazın; Çağcıl qoşuq xalq dilində olmamalıdır. Sözü, dilin tarixsəl gələişimi alqılamaq anlamında deyildir. Onun dediyi qoşuğun dizgə düzeynə enib, sloqanlaşmamasıdır. Burada toplumun bəlləyində olan üzücü olayları, tarixsəl dillə, anlaşılan biçimdə dilə gətirmişdir. Türkcənin dil yapısı səslərin anlam yüklərinə bağlı olduğundan, özgür qoşuq ilkələrini ən gözəl biçimdə yansıda bilir. Özgür qoşuğun da ilkələrində səslərin önəmi böyük olduğundan, bu yansımalar ən üst düzeyə çıxır. Sözlər öztürkcəyə yönəldiyində isə, N. Hikmətin dediyi kimi sözlərin bütün boyutu yansıyır....Bəri gəl ay qonaq.Mən qumlaq qızıyam.Vahəsiz çöllərin yumuşaq tikanı...Telimdən alaçıq quraramQolumu yastığın edərə... (papağım , qılıncım, atım)Oxtay bu qoşuğunda, qoşuğa bağlanan bütün qandalları qırıb atır. Ancaq dilin gerçək yapısını yansıdan sözlərdən qaçına bilmir. Bunun üçün Dədə qurqudun dili çağcıllaşır. Bu çağcıllaşma dilin doğal yapısını yansıtdığı üçün, sözlər gözəllik açısından qoşuqçunun devrimçı istəklərini də yansıda bilirlər. Burada sevgiylə savaşı yan yan görmək olur. Niçenin bir qoşuğunda olduğu kimi Savaşla barış qılıncın ucunda yaşayır.... Bəri gəl qaraşın!Mən Qıbçaq oğluyamBölgəli dağların sıldırım qayası.Gözümün üstünü yatağın edərəm,Dizimi otağın.Qolumu qalxan tək çəkərəm obayaQorusun sevgimi...*Burada yenə Türkcənin özəl yönləri, deyimləri, tarixsəl söz yoldaşlıqları yansıdılır. Bütün bu bətimləmələr bir Türkün tarixsəl yaşam bəlləyində, eləcə də dilinin söz dağarcığının analam bəlləyində yansımadadır. Burada olan bütün simgələr çağaşımına uğramadan, çağdaş qoşuğun bireyləri kimi özlərini göstərirlər. Dil bütün yönləriylə kökünə dayanaraq, öz tarixsəl görəvini çağdaş dilə dönüşdürür. Türkcədə səsuyumu(harmoni) olduğu kimi, sözlərin də tarix yolçuluğunda bir birinə uyğunluğu vardır. Bu uyumlulq bir qalıb içində anlamlı olduğu kimi yalnız başına da anlamlıdılar. Ancaq bunları sonuclandıracaq edimlərin incəliklə işləməsi gərəkir. İslamdan sonra Ərəbin ağzına uydurulmağa çalışılan Türkcə, özgür qurallı olduğundan, sıxı qurallara uymurdu. Ancaq bilim kimi yazın da təkəllikdən qurtulandan sonra, Türkcə Fazıl Hüsnü dağlarcanın dediyi kimi Səs bayrağına çevrildi. Yuxarıda örnək verdiyim kimi, bunu N.Hikmət Gələcəkçiliyin(fotorizmin) uyğun quralarında uğurla işlətdi." ...Dayandım gecənin qapılığında Səsləyəm qızı Səsləyəm yazı Səsi də səsləyəm, sözü də... * Burada oxtay sözlərin kökən anlamına dayanaraq, simgələrin ağır yükündən imgəçi(İmajçı) bir qoşuqçu kimi sözün somut anlamını soyutlaşdırır. Qoşuğun somut anlamını tanımlamayacaq bir düşüncə olmadığı kimi, oxtayın da bu qoşuğu soyutsuzlaşır. Mən özdeyişi(aforizmi) sözləri somut anlama sığdırdığı üçün, çağcıl, yenilikçi qoşuğun qırımı bilirəm. Türkcənin söz olanaqları olduqca varsıldır. Bu olanaqlar bacarıqla qoşuğa yansıyanda, qoşuğun iç boyutu kimi, dış boyutu da özü üçün yenı görünümlər, duyumlar sərgilir. ...Bir durnalıq yeri boş qaldı Rəsul Rıza burada bir ağlatını (trajdini) bir əklə göstərir. Duranın biri uçarkən ovçunun oxuna tuş gəlmiş, ora da bir durnalıq yeri boş qalır. Bura da ( Lıq) yer bəlirtən əki bu imgənin yaranmasına olanaq sağlayır. ...Qapılıq qaraydı * Mən qaranlıq gördüm... Oxtay da burada yenə lıq əkindən yararlanaraq Qapıdan bir olumsuz imgə yaradır. Bu işlə yenə somut bir sözə, soyut qavram qazandırır. Çaklər köksümdə sanman kim açıbdır tiğe eşq Könlümün şəhrinə mehrin girməgə dərvazələr Fuzulunun bu iki dizəsində(misrəsində) məni deyindirəcək qonu isə, yalnız Dərvazələr sözündə olan Lər çoxunluq əkidir. Bu əkdə sezi yoluyla çoğunluqdan başqa sözün anlamının da olmuasını sesmək olur. Bu dilin bəlləyində olan sözlərin bir biriylə uzaduyum(telepatı) sezisindən qaynaqlanır. Burada çoğunluk əki olan Lər əski görəvlərindən olan, edimi də özüylə işlədiciyə duyuryr. Demək burada könlün şəhrinə girən qapılar olduğu kimi onları Qapı da edər anlamında sezmək olar. Divanıluğatdı Türkdə də bu əkin bir edim kimi işlənməsi verilmişdir. Burada fuzulunun qoşuğunun anlamından çox, bu ək(Lər) bir Türkün beynin də devingənlik(dinamizm) olayını qımıldada bilər. Ondan qalanı əruzun boyuna biçilmiş kəfən nitəliyindədir.(doğal olaraq məncə) Göründüyü kimi dillər öz olanaqları üzərində daha verimli, daha çalarlı, daha gözəl olurlar. Dili gücəndirərkən (doğuma) onu öz quralları, öz olanaqlarına uyğun gücəndirmək gərəkir. Bunun dışında dilə basqıyla yanaşılarsa, dil özünü geçmiş bəlləyində olan bütün içsəl (anlam), dışsəl(Geometri) varlığında axsamalara varar. Qoşuğun dili evrənsəldir denilər, bu qoşuğun dilinin lal, karlar kimi imgələrlə yansıması anlamına gəlməz. Bu qoşuğun dilinin sınırsız olduğu anlamına gələir. Biz Türkcənin öz olanaqlarına dayanaraq, onun qoşuq dilini danışdırmalıyıq. Bu açıdan özgə dillərin çevrisiylə dilimizə baxsaq, özgə qoşuqçuların da gözlüyüylə baxmalı olacağıq. Nə yazıq özgələr bizi yaşamamış, biz də özgələri. Onlar bizə öykünmədikləri kimi, biz də onlara öyünmüyəcəyik. Çün qoşuğunu dili özgürdür, uludur. Özgürlük köləliklə, meymunluqla anlamdaş olmadığından, çelişgilər dodaq dadımızı qaçırar. Bu açıdan əski Tükcə qoşuğundan, saraylı divanlara, oradan aşıqlara, oradan da klasizmdən postmodernizmə kimi bütün yazınsal xırmların dənli xərmənləri Türkcənin yabasıyla sovrulmalıdılar(deyəsən bu heç postmodern olmadı). Türkcənin dil olanaqları çox genişdir, bu olnaqları tapıb qoşuğumuza yansıtmamız ən yenilikçi işdir. Burada ən çox Güney qoşuğuna deyinəcəydim, özü də bir çox gözəl örnəklər vardı. Nə yazıq Güneydə yazınsal çevrə, Ağqoyunlu, Qaraqoyunlu olduğundan, bu da Yaşıma yarşmaz dedim, sözü bitirdim.
* Oxtayın Papağım, qılıncım, atım qoşuğunudan verdiyim
|