Sa-tənz
Tərs-Avand
Ehtiyat yıxıldı , dişi qanadı
Öküz fikirləşdi , bəlkə danadı
Qumar özü , qumarbaza uduzdu
Şəkər diskinərək , dedi bə duzdu
Hənək vurdu dəyənəyi sındırdı
Soyuq xəyal sınanları yandırdı
Qıtmırlıq göstərdi , öz kəramətin
Şarlatan məclisdə , oldu çox mətin
Qıd qırtıldadı , qıtlıq görəndə
Qırılmaq dirildi varlıq öləndə
Qənaət xərc etdi , dədə malını
Gorxu yığdı , doldurdu anbarını
Tənbəllər özlərin lap zirəng bildi
Acı dil ! dedi bəs , baldan şirindi
Pislik ilə yaxşılıq , dəyişilibdir
Səliqə , öz səliqəsinə ilişibdir
Oğurluq , boynuna medal taxıbdı
Əyrilik düzlüyə , qara yaxıbdı
Ölçülər ölçdülər başqa ölçü ilə
Bölənlər böldülər yalnış bölçü ilə
Elə ona görə hallar yamandı
Bir va-nəfsadır aman amandır
Yardım səbəb oldu , fəqirlər ölsün
Qatil razı oldu , qətli bölünsün
İgidi ! rəşbərlik yoxsul eylədi
Utanmaq təməli kökdən peylədi
İlgilər beləydi toplum içində
Dağallıq biçərdi çin-çin biçində
Bir belə qalmaqal , düşdü dünyada
Eşq ilə məhəbbət , düşmədi yada
Haram təpiklədi , halal yıxıldı
Savadsız şah oldu, alim sıxıldı
Qırıbdır bəndini , bu gün vəhşilik
Konturol eyləyir , bizi dəlilik
Dava çalır ! sülh bağının , qapısın
Sülhə macal yoxdu , özünü tapsın
Çölmək dığırlanır , qapağını tapmayır
Təndir dağ olarkən , çörəyi yapmayır
Saydamlıq , pırtlaşıq , eyni olubdı
Polis mafiya ilə , əlbir olubdı
Dincliyin yerinə , iztirab gəldi
Rahatlığın qulağın , qışqırıq dəldi
Mehribanı , darvazadan asdılar
Düşüncəni , qəbirlərə basdılar
Barışıq gizləndi , küsmək dalında
Səviyyə naxoşdur , ölüm halında
Uzman əkin əkir , əkinçi dərs deyir
Nalbənd rəssam olub , bilənə bəsdir
İncəsənət , küçələri süpürür
Əsgər olan , musiqi notu tüpürür
İncavara ölür , ölüm halında
Qığana qaldı panc , tərsin dalında
Qayda qanun qorxdu , polis görəndə
Polis alqışladı , qatil öldürəndə
Tövsiyə tığladı , bekarçılıqdan
Bekarlar hamısı , çox azadlıqdan
İflic oldu zorun , fikrində baxış
Yerləşə bilmədi , başlara naxış
İnsanlar gördülər ya ağ ya qara
Bilmədən gedərlər haradan hara
Yalan söz onları necə tovladı
Tamahkarlıq sağa , sola , qovaladı
Vatikan onların gözün bağladı
Məkkə də onların qəlbin dağladı
Bir qaçaqaç idi , məhşər günü idi
Birisi şiyə idi , birisi sünnü idi
Birisi ortodoks , birisi katolik
Birisi yəhudi , hələ bir illik
Birisi itirmiş idi , dədə babasın
Birisi tapmış idi , yeni əbasın
Birisi ağlayırdı , sevindiyindən
Birisi gülürdü , ancaq hirsindən
Birisi xoş idi , kinəliyindən
Birisi oynardı , dərdmənliyindən
Birisi biganə ana dilindən
Başına çalırdı dərdin əlindən
Birisi qaçırdı , birisi durmuş idi
Birisi gözü açıq , amma uymuş idi
Birisi baxırdı görə bilməyirdi
Birisi sözlü idi , deyə bilməyirdi
Birisi itmiş idi , öz küçəsində
Ruhu banlayırdi , xam beçəsində
Birisi üzürdi , könəzliyində
Batırdı dərinə , cəhalətində
Birinə öz dini problem idi !
Təəssüflə onu o bilməyirdi !
Günahı , özgədə görən birisi
Çaba lazım bilməz , ölmüş dirisi
Günahı axtardı özgələrində
Batmışdı palçığa lapda dərində
Bir ömür rialist ola bilmədi
Günahı özündən yola bilmədi
Keçirdi ömürlər , yazıqlıq ilə
Düşürdü uçruma , hazırlıq ilə
Ərənlər , qalmışdı bu işə heyrət
Şüurdan kasıblar , həmişə həsrət
Bu olay arifi , eylədi heyran
Sufini nəticə , eylədi viran
Görməkdən , gözü-tox işkəncədəydi
Könlü-ac , gözü-ac , özünü bəziyirdi
Din ki bir rəhmətdi , lənət olmuşdı
Yerinə hərb , dava , kinə , dolmuşdı
Dini siyasətə qatıb , evini yıxdılar
Nifaqı məscidə , tez tez buraxdılar
Ocağın çanağı , sındı , cırıldı
Tanrila ilgilər tamam qırıldı
Vəhşilik bir daha , mod ola bildi
Hər başa yırtıcı , fikir dola bildi
Birisi it oldu , birisi pişik
Əxlaqı bambaşqa , tamam dəyişik
Eşşək hürdü , it anqırdı ağladı
Siçan durdu , filin yolun bağladı
Aslanı ovladı o gözəl ceyran
Bu işə tülkü ilə qəcələ heyran
Nə isə dəyişdi , qayda , qanunlar
Adətin ziddinə , oynar oyunlar !
Keçəlin adını , telli qoydular !
Tük əkmək üçün , dərisini soydular
Şirinəli , acı idi , zəhərdən betər
Xoşqədəm gətirdi , həmişə xətər
Nə deyim nə deyim qurtulmaz nağıl
Fərdiyət hökm edir topluma , dağıl !
Bir nağıl bir dastan bu başdan başa
Mən sözü atmış idim , o dəyib daşa
Belə qalxdı öz yerindən arzular
Çolaq lalı , lalda , karı yansılar
Humanist qayıtdı , bir faşist oldu
Faşist öz işi ilə , kommunist oldu
Faşistlər qırdılar yəhudiləri
Yəhudlar qırdılar filistinliləri
Ərəb kürdü , kürd , türkəməni qırdı
Erməni daşnağı , Azərbaycanı cırdı
Hər kəs zorlu idi , zəifi çaldı
Zəiflər tam , ayaq altında qaldı
Baş alıb gediri , bu gün yasaqlıq
Cinayət qazandı , özünə haqlıq
İnsanı eyləyir maşın , konturol
Bəllənməz haraya ! gedəcək bu yol
Bu gün bu dünyada bir cızhacızdı
Hərb var , narkotik , satılan qızdı
Yalan oldu bu gün , qardaş əfəndi
Zəhər dişləyərkən , ağlatdı qəndi
Səbir , iztirab-dan iflicə düşdü
Bir , səhv eyləyərək dedi-bəs üçdü
İyirmi razı olmaz , iyirmiliyindən
Vəhdətin kələməsi , öz birliyindən
Razı ! razı deyildi , öz razılığından
Qazi gicəlmiş idi , qazılığından
Qaralar istəyirdi , ağapbaq olsun
Ağlar istəyirdi , rəngləri qaralsın
Xırda narazı idi , xırdalığından
Hündür əsəbli idi , ucalığından
Hökmən ! Fil istəyirdi olsun bir şiçan
Siçan ! istəyirdi olsun bir filcan
Sevməzdi özünü bir də yumurta
Daha ölçü deyil , mizanla , orta
Aşırı oldular , əməldə , sözlər
Baxar-kor oldular o yazıq gözlər
Tazı qaçır , dovşanlar da dalısıcan
Quzular qurd sevir , qoyun hamısıcan
İt dedi eşşəyə , o yük çəkəmməz !
Pişik dedi aslan , ovsunu bilməz !
Tülkü dedi toyuq , ağzın qoxuyur
Xoruza bax , çaqqala dua oxuyur
Keçi buynuzladı , çobanın dəyənəyin
Dəyənək öldürüb , balasını inəyin
Belə oldu məfhum , qavramlar , dəyişdi
Beli sındı sözün , çərkiş , bərkişdi
Qərarlar pozuldu , qaydalar getdi
Anlaşmış qavramlar bir başa itdi
Hamı yaxdı , bir birinə qaranı
Nə əlac tapdılar , nədə , çaranı
Odur ki hər adam , bir-cür narazı
Bu narazı adam , böyük bir qazı
Bu Əzəllə , əbədiyyətin , davası
Yaradar duyğular kəsgin havası
İstəklər fəalsa , canlar dinc olmaz
Dinc olmayan cana , rahatlıq dolmaz
Dincliyin qulağını istək dişləyir
Arzular səbəbdir , adam işləyir
Nə isə belədir , durum bizlərə
İstəklər çox verir , qüvvət dizlərə
Uşağı olmayan , uşaq istəyir
Çox uşaqlı , uşaqları pisləyir
Şişman adam sevir , arıq olaydı
Arıq arzulardı , bir az dolaydı
Molla dini buraxdı , xanlığa çıxdı
Rəis olmaq ücün , saqqalın qırxdı
Mənbəri tərk etdi , taxt üçün molla
Rəngini dəyişdi , tez-tez bu valla
Molla çoban oldu , millət sürü tək
Zırnıxdan saqqalı , oldu gül , ipək
Bir şair rədd etdi , tamam şerləri
Ölənləri təkcə yox , hətta diriləri
Mən mən deyərək , mənanı dandı
Təkəbbür edərək , özüdə yandı
Yalnış bir qaydaya , qulp qoyarsan
Bir gün gələr sən özündə yanarsan
Şaırə yaraşmaz , şaıri çırpsın
Çimdik-çimdik söküb onu dağıtsın
Şair tacir deyil , dəllal , siyasi
Nə bilim , diktator qatil o birisi
Şaır barışçıdı , sevdalı aşiq
Dünya olur olsun nə-təhər pırtlaşıq
Tacir alar , siyasətçinin işini
Yamanlayar , babasının dişini
Para girdi , tamahkarın gözünə
Tüpürcəyi yaxdı tamam üzünə
Karakter məhv oldu pul qabağında
Haram-xor çox yedi öz tabağında
Rüşvət qapdı , bir qudurmuş it təkin
Daladı belimi , bir ac bit təkin
Rüşvətin adını , hörmət qoydular
Dərisin əxlaqın , dərin soydular
İstər , istəməzsən , belədi durum
Bölünüb , paylanıb , təşkilat qurum
Söyləyir , bu sistem bir realitetdi
Ver işin keçəcək , yoxsa o getdi
Bazarda , Səviyyə aşağıya düşdü
Səviyyəsiz millətin , canı üşüdü
Şüurdan kasıblar , iş bilən oldu
Eşşəklər , birbəbir məclisə doldu
Tövlə ilə parlament , yerin dəyişdi
Orada görülən , canım hər işdi
Dəllallıq edillər , numayəndələr
Hesablayır xalqı , yazıq bəndələr
Gəlin , gəlin bir qəribə dünyadı
Savadlı başbakan göstərin hanı
Hərnə varsa , mafiyanın əlində
Qurandan ayələr onun dilində
Rüşvəni görməmiş , ayə gətirir
Rüşvəni görəndə işi bitirir
Vay dədə bu qədər qar-qarışıqdı
İnsaf nə eyləyəcək , bulandırıqdı
Dilənçi bəxşişi , qadağan etdi
Yolkəsən tərk etdi , məclisə getdi
Dəyişdi paltarın tezcə , oğuru
Yalançı sözlərin satdı , doğru
Ört basdır qaydası , qanunu kəsdi
Kütü kəsdi iti , nə bərə bəsdi
Ayı o söz , qaban o söz , deyiblər
Təkcə söz yox bəlkə əməl ediblər
Göylərə qalxarkən , yerə yenərsən !
Məcbursan yalanı , çüt-çüt deyərsən
Neyləyim , əməllər belə keçiri
Adət olub yalanı , su tək içiri
Nə-eyləmək belədi , başqa yol yoxdu
Humanist ac öldü , qatillər toxdu
Nə qədər varlısan o qədər acsan
Doymaz gözlərimiz nə qədər qaçsan
Yalan söz aldadar , tamahkarları
Pis günə goyacaq , günahkarları
Axı nə lazımdı var olan yerdə
Gözlərin qalırı , hər bir şeyidə
Razı ol özündən ey insan bəsdi
Tamah , gözəlliyin başını kəsdi
Sevgiyə xərc etsən , istedadını
Alarsan eşqdən hər bir zadını
Yoxsa sən qalarsan pis günə vallah
Necə ki qalmısan , bilmirsən billah
Biganə olarsan öz kimliyindən
Tamahkar asılar öz dimdiyindən
Nə isə danişdım , çoxları ilə mən
Özündən razı atan , oxları ilə mən
Yalnız mən mən idi mənə bir cavab
Çörəyə nan dedi , duru suya ab
Yalnış düşüncələr , əbədi qaldı
Məntiq danışanmır , bəlkədə laldı
Mən bu sözü çoxlarına oxudum
Təsəvvür eyləki , varkən , yoxudum
Ayı ilə girdəkan , məsələsi idi
Sözcükü almadan , bənsə-bəns idi
Üzülməm bir daha , danışacağam
Qulaq asmasan sən , ağlıyacağam
Sözü at yerə sən , sahibi tapsın
Əgər çox acısa , şəkərə qatsın
Çox sözlər deyilər , zarafət ilə
Nöktələr , birbəbir gələrlər dilə
Məni bağışlasın , burda cənablar
Gözləri baxarkən amma yatıblar
İstəməm , nə fikirin sahibisən sən
Seçim səninlədir , özün bilərsən
Yalnız bunu yazan , tərs-avand yazdı
Ucadan danışdı , beynimi qazdı
Səndə çox danışdın , qardaş Eşilbax
Əgər doymayıbsan , duraq , qışqırax
Eşilbax 20.8.1998 Alman شیلباخإ
SON BAŞ
Eşilbax
Dan yeri soyunur lüt
Həmişə olduğu tək
Çılpaqlanır gecənin əhvalatı
Fəhlələr restoranda , yeməkdən öncə
Yemək iyisində itirlər
Polislər , dilli-dilli dilənçi paltarındadırlar .
Divara plakart asır
Əsir asa-asa
Əsir tələbə
Külək zibilləri
Zibil maşınları ilə bölür
Deşir mağıl
Ayaq altında əff fərmanın
Qıddın qısırı
Sürtülür , dürtülür , dalaşır , calaşır
Yırtıq ağızlardan
Paxır paxıllıq qısqanır varsayıma
Sayımda səlavat sellənir gör nə sayaq !
Qavram qovrulur qalıblar arası qat qat
Siz oxuyun
Ruhsuz şəhərin əhvalatın
Bir yazılmamış qəzetdən
Eşilbax 12.10.2003 Alman إشیلباخ
şeröv
SON BAŞ
Dan yeri soyunur lüt
Həmişə olduğu tək
Çılpaqlanır gecənin əhvalatı
Fəhlələr restoranda , yeməkdən öncə
Yemək iyisində itirlər
Polislər , dilli-dilli dilənçi paltarındadırlar .
Divara plakart asır
Əsir asa-asa
Əsir tələbə
Külək zibilləri
Zibil maşınları ilə bölür
Deşir mağıl
Ayaq altında əff fərmanın
Qıddın qısırı
Sürtülür , dürtülür , dalaşır , calaşır Yırtıq ağızlardan Paxır paxıllıq qısqanır varsayıma Sayımda səlavat sellənir gör nə sayaq !
Qavram qovrulur qalıblar arası qat qat
Siz oxuyun
Ruhsuz şəhərin əhvalatın
Bir yazılmamış qəzetdən
Eşilbax 12.10.2003 Alman إشیلباخ
Duruluq Tozu
Ayaqladım qışı
İrəliyə çəkdim bayramı
Qabağa verdim
Ərköyün , döş düşüncəsin
Rəşbər saydam
Çatlaq divardan , güzgüyə düşdü
Kölgəmin rütubəti
Dörd buğum
Üfürmək tək
Vuuyy
Beş barmağın anlın təri
Yox dostum !
Ayıbdır , Ayıb
Eşilbax 13.10.2002 Alman إشیلباخ
Mahir Mat
Göz vurdun
Ağır ayaqlar ilə
Batlağa batdı barmaqlarım
Bax , bax
Barda , babam deyən bələtçinin nəfəsi
Dondu dumanlı bardaqda
Bom boş keçmiş
Tərəzinin təcrübəsində
Hayxırır nəm nədən
Qəhərli boğaz
Yol uzunu
Öz özünün bərabərində
Üzləşən mat
Eşilbax 9.10.2004 Alman إشیلباخ
And Anası
Anama dedim ki , inanmayacaqsan
Ay bacı ! qulaq asmayacaqsan
Həmşirə hər adama sən
Hamılar tək olmayacaqsan
Ay qardaş oğlu
Qardaşlarıma işarə eylədim ki Bəli ......
Qonşularıma dəfələrlə yazdım Kəndimizə sifariş göndərdim Ehtiyat , ehtiyat !?
Müğayət olun
Ac
Yoxsul
Vəhşi
Savadsız
Səviyyəsiz
Pulluların dünyasında
İfadə durumuna
Durum ifadəsinə
Bir daha ehtiyat
İfaçıya ehtiyat
Amandı ehtiyat
Eşilbax 18.5.2000 Alman إشیلباخ
Buynuzlu Dirsək
Gecələr əriyir bərklik
Buğlayır mənim səhərimin axşamında
İşığın tozu
Buğum , buğum
Buraxır ballı barışı
Əməllərimin qədəminə cınqır - cınqır
Heyyyy
Çox yatımlı sərsəmlik
Nə eybi var ?
Mən isə
On yeddi yaşımdan
Yox demişəm
Bu u u u u u......
Gədələrə .
0.0.17. yaşımdan
Kal Nübar
Yelli yerli
Yelə dəydi
Doğulduğu yerdə
Yetişməyən kal meyvə
Qəribə idi
Yelli yerliyə deyildi
Bir pis ildi
Yerlilərdən deyildi
Bu nübar
Hamıda olan soyuqluq
Qəribliyə nə dəxli var
Əgər kal yetişdi bu nübar
Eşilbax 25.9.2004 Alman إشیلباخ
Sa-tənz
Eşilbax
Çox cəhd olunur qafil adam , bilməyəsən sən
Yandırsada yaxsa səni dərd , gizlədəsən sən
Kəssə ətini soysa dərin , diskinməyəsən sən
Nadanlıq atından yerə heç , yenməyəsən sən
Bilmək qadağandır dinmək qadağandır
Axı nə işin var O qanmayandır
Ağla nə qədər gecə-gündüz , ağlayacaqsan
Təpənə yaxıb zığ , qəməni zıxlayacaqsan
Əshabidən ötürü , sinələr dağlayacaqsan
Kəsməz da sözün sən nə qədər , qışqıracaqsan
Çün gülmək haramdır hər şey qadağandır
Axı nə işin var O günə baxandır
Gülmək beləcə rəsm deyil , danlama qardaş
Yum gözlərini gərçəyimi , anlama qardaş
Poz vermə mənə dövlətini , sanama qardaş
Be-vədə xoruz tək mən ölüm , banlama qardaş
Dinmə sən amandı dərdim çox yamandı
Axı nə işin var O qanmayandır
İslam adına gördü hər iş , üz yox .dabandır
Saqqal qoyub o şəlməsi var , qıllı qabandır
Biz fikir elədik çoxlu zaman , bəlkə adamdır
Hər nə dedi gördük axırı , hamısı yalandır
Vay-vay nə yamandır üz deyil , dabandır
Mənim nə işim var gülmək qadağandır
Möhumat üçün mən bilirəm , hər nəyə hazırdı
Şaxsey deyərək şəmşir ilə , beynin qazırdı
Şamanı inkar , budanı , zərdüşdü danırdı
Yüksək mədəniyyət tanımaz , elm nə qanırdı
Bu yola inandı hamı belə yandı
Qanmır nə işim var gülmək qadağandır
Bəh-bəh bizim hacı , Qəməni başına taxdı
Məkkəyə gedib hər adama , bir qara yaxdı
Saqqal uzadan yedi haram , qonşuya baxdı
Hiylə edərək hər gələnin , ayağına qalxdı
Vah-vah nə yamandı bir parça nadandı
Millət niyə görmür adam alladandı
Adət bunadır , öyrənəsən gülməyəsən sən
Görsən zor olur ağzın açıb , dinməyəsən sən
Çox yaxşı olar bir para şey , biləməyəsən sən
Bayram toy ola təzə libas geyməyəsən sən
Belə su bulandı yaş , quru oduna yandı
Qardaş nə işin var bilmək qadağandır
Arvad tükü görsənsə bilin , din yaralandı
Çıxsa səsi ancaq balaca , göy parçalandı
Arvad nədi məktəb nədi ! vay-vay bala amandı
Din əslidir , kultur , mədəniyyət ki yalandır
Xalqım buna inandı dərdim nə yamandı
Əfsus belə işə gülmək qadağandır
Dünya çalışır çatsın əli , sənətə , elmə
Bizlərə rəva qılmadı heç kəs , belə bilmə
İstədi gülə uşaq , dedi danışma , gülmə
Vuran qıfılı , vurdu mənim , ana dilimə
Düşmən belə qandı hörmət yaralandı
Təəssüflə bu yerdə bilmək qadağandır
Noxta salıb at tək dinəni , nalladı molla
Əsir elədi qul kimin o , xalladı molla
Milax kimi asdı biləni , salladı molla
Bais bu işə təkcə bilin , molladı , molla
Molla bunu bildi qadağa deyildi
Bilmir nə işin var düz söz qadağandır
Başlandı soyuq hərb , bizim ölkədən vallah
Qarğayıb bizi yer , göy özü , həmdə bu allah
Hərbin soyuğu çatdı başa , qalx denən yallah
Təqsir bizim , günah bizim , vallah , billah
Heç gör nə bilindı xalqım bunu bildi
Bilmir nə işin var dili qadağandır
Neftindən ötürü , Hitleri , Stalin gəbərtdi
Dünya bilir bu dərd bizim , köhnə bir dərddi
Biganənin ağzında bu neft , şirindir , qəndi
Heç gör mən ölüm , xalqı bu hadisə dəbərtdi ?
Xalqım belə yandı odlarla yarandı
Görmür nə işin var sərvəti talandı
Ey nadan adam , tarix olub ikimin yüz il
Qəflət yuxusu ilə yatan , ayıl bunu bil
Təbii olub , yada verib tanrı bizə dil
Danış o dilə , təhqiri poz , nəngi bütün sil
Sil sil sən amandı bil bil sən amandı
Qəflətdə yatan xalq bilməz. ! qadağandır
Dünya baxırı ölkəmizə , dörtlərlə göz ilə
Aldatmaq istəyir milləti , minlərlə söz ilə
Düşmən gətirən dərdi bəlalarla dözürlər
Nə məsləhət eylər , nə hesab , xalq özü ilə
Taleh ki , yarandı xalqım belə yandı
Bilmir nə işin var dözmək qadağandır
İnsanlar haqqından danışmaq , canım heç olmaz
Təyin elə talehin desən , bilin alınmaz
Yalvar ola bilməz , yalvarma heç olmaz
Ağla ola bilməz , heç dinmə ki olmaz
Belə qadağanlıq oldu ki , biz qaldıq
Bilmir nə işin var hər şey qadağandır
Parlamentdə oturan , telefonla alış-veriş eyləyir
Şəxsi mənfəətindən sonra , heç nəyi bilmir
Tənqid eləsən xalq yanır , eşidir dinmir
Milyondan az olsa qazancı , canına sinmir
Nümayəndə seçildi vay evim tikildi
Ayrı nümayəndə seçmək qadağandır
Məclisdə oturur , qoyur ayaq öz ayaq üstə
Bəzəndə yatır çort vurur , orda masa üstə
Nümayəndə olub xalqımıza , tək kağız üstə
Seçgi zamanı verdi sözü , dedi can istə
Rəyim belə yandi sözlərə inandı
Hardan biləydim mən inam qadağandır
Düşərsə yolun idarəyə , rüşvət verərsən
Ya inki bir il müftəsinə , gedib gələrsən
İnsanın əzab çəkməsini , orda görərsən
Belə deyirəm , bir dirilib , min dəfə ölərsən
Bilməm bu nə işdi kal kalla yetişdi
Qardaş nə işin var qanun qadağandır
Çəkdi dilindən bəndə , prezident aparatı
Mətbuata xətt çəkdi , öldürdü ədəbiyyatı
Tənqid yazanı kəsdi , qurtardı xətəratı
Daha satdı onu , qalmadı neftin qətəratı
Bax gör nə dövrandı dinmə sən amandı
Bilməm nə yazım mən yazmaq qadağandır
Güneyi sökür şəlməli , guzeyi kravatlı
Təkcə verəcək bizə nicat , bəlkə göy atlı
Qəflət yuxusunda bizim , millət yatıbdı
Yoxdur xəbəri ölkəni kim , alıb satıbdı
Qəflətdə yatandı rəyin uduzandı
Bilmir nə işin var yatmaq qadağandır
Guzeyi məhv etdi , o dinsiz komunistlər
Güneyi edən yox , bu yalançı islamistlər
Bədbaxt eylədi yaxşılar yox , bəlkə bu pislər
Millət malını verdi heçə , etdi bizneslər
Aman amandır qəlbim belə yandı
Baxmağa gözün var görmək qadağandır
Jeopolitik ilə həssas olan , ölkə mənimdir
Nefti talanan tarac olan , ölkə mənimdir
O yaralanan , parçalanan , ölkə mənimdir
İşğal olunan tapdalanan , ölkə mənimdir
O şeyki mənimdir hardakı mənimdir ?
İzhar ola bilməz dinmək qadağandır
Dünya kam alır , vallahı bu mənzərəmizdən
Çalçaplar olur boş yerə , bu sərvətimizdən
Təqdim olunur düşmənə pay , yerlərimizdən
Rahat yaşamır qaçqın bizim , dillərimizdən
Sözüm , tamamdır bir sükut , elandır
Neyləsin Eşilbax xalqı inanandır
Eşilbax 12.6.1999 Alman إشیلباخ
Fars ziyalılarına ixtar və müraciət
Eşilbax
35 milyon gül , atacağam mən
Qalasan altında boğulasan fars
Ağlamaram səni sellər aparsın
yoluma vəfalı , qalacağam fars
Əlindən bəhanə , alacağam fars
Böhran axtarırsan , dava axtarırsan
Konfiliktə gedən yol , axtarırsan
Dialoqdan , danışıqdan qaçırsan
Səni düz qəlıbə , salacağam fars
Yada yox ağlını , alacağam fars
Öyrəndin daldan , xəncər vurmağı
Dinc istəyin , qarşısında durmağı
Bacarmadın düzgün dövlət qurmağı
Mən səni quymağa qatacağam fars
Yada ki bir yolluq , atacağam fars
Xalçamı dananda , mən dedim neynək
Haqları görmədin , dedim vur eynək
Əl ver qardaş olaq , birgə geyinək
Qanmadın , bilmədin , ucalaram fars
Haqları yüz faiz ,mən alaram fars
Səviyyən varsa əgər , gəl biz danışaq
Eşit sözlərimi , söz ver anlaşaq
Nədən qanmayırsan , düşün qanışaq
Ay çıxıb , görməzsən batacağam fars
Dostluğu bir dəfə , atacağam fars
Sülh quşun göndərdim , başını kəsdin
Sualım olanda , titrədin , əsdin
Bu yaşam tərzindən , nədir bəs qəsdin ?
Qısqandın ölürsən ? qalacağam fars
Cəhalət eyləmə , haqq alacağam fars
Yalnış fikir eyləmə , yalvaracağam
Dinci sevdiyimdən , sülh çağıracağam
Azadlıq quşuyam , bəndi qıracağam
Qıracağam qəfəsi , sındıracağam fars
Silib tariximdən , yandıracağam fars
Hiyləgər , çəkmisən oxun yayını
Qullanmaq istədin , Əli-dayını
Çoxalt gəlsin çirkinliklər sayını
Çirkini lap ucuz , satacağam fars
Zəhərsən , şəkərə qatacağam fars
Manqurtu aldadıb , qul eyləyibsən
Anıktot söyləyib , deyib gülübsən
Qarnın zığlıdı ki , belə edirsən
Qarnının zığını , cızacağam fars
Talehin başqa cür yazacağam fars
Adam ol , insan ol , qardaş olaq biz
Vicdansız , gəl yola , yoldaş olaq biz
Inadı burax sən , sirrdaş olaq biz
Yoxsa , yalvarsanda qaçacağam fars
Bir yolluq dostluğu , atacağam fars
Eşilbax 28.5.2010 إشیلباخ
Sa-tənz
Eşilbax
Həmişə bir şey azaldı , küçəmizdən keçəndə sən
Böhtan ələ bir saz aldı , küçəmizdən keçəndə sən
Sildin yerə burnunu , tüpürdün divara tamam
Lat , lüt işvə naz aldı , küçəmizdən keçəndə sən
Təpik vürdun güldana bərk , səpdin yerə zibili
Xarabkarlıq çox fazlandı , küçəmizdən keçəndə sən
Anqırdın sən ucadan sərt , ancaq Eşşəkdən iraq
Millətə rahatlıq azaldı , küçəmizdən keçəndə sən
Bilməz idin nə edirsən , yüz qram vuranda belə
Kulturda səviyyə azaldı , küçəmizdən keçəndə sən
Insaflı iş görmədın sən , heç zaman mamilədə
Cücə veribsə qaz aldın , küçəmizdən keçəndə sən
Bunlar nədir ey Eşilbax , diqqət eylə dəyişil bax
Danışdırıbsa söz aldın , küçəmizdən keçəndə sən
Eşilbax 8.12.2002 Alman إشیلباخ
Sülh
Eşilbax
Mən sülh istəyirəm , dilim bayrağım
O şanlı keçmişim , mənim çırağım
Sülhün carçısıyam , gəlir sorağım
Kulturum , tarixim , varlı varlığım
Göstərir var mənəm , dinc-çağrağım
Bir bəlli bəlirə , qol çəkən mənəm
Sülhün dinc evinə , yol çəkən mənəm
Bu yolda ağrını , bol çəkən mənəm
Davaya cavabı , sülh ilə dedim
Nifrətə sülhü mən , bir hədiyə verdim
Nifrətdən nifrəti , alıb yandıran
Inadkar ordusun , dincə çağıran
Bölgəsəl dostluğa , uca bağıran Mənəm
Hər türlü terroru , qınayıram mən
Yolumu qatildən , ayırıram mən
Bölgəsəl konfilikt , olmamalıdı
Kulturda inkişaf , çox olmalıdı
Qudurğan işqalçı yox olmalıdı
Yoxluğu istərəm , işqalçılara
Təklifim barışıq , terrorçulara
Basqını , zoru mən , məhkum edirəm
Dövlət terroruna , yox hökm edirəm
Ey cinayətkar adam , açıq deyirəm
Barışıq sevirəm , sülhə qurbanam
Ver ! barış əlini , bəlkə inanam
Dilimdən əl çək sən , cahil şivunist
Böhranı böyütmə , nadan pan-farsist
Inaddan əl götür ey lat , falanjist
Qoy tapsın inkişaf , kultur , iqtisad
Paylaşsın millətlər , nə varsa çox şad
Oyuncaq olubdu , bu gün faşistlər
Dillərin qatili , sağ şivunistlər
Bölgədə satılmış , kor komunistlər
Bilsin , sülh istəyən Azərbaycanam
Dığanı rədd edib , dosta qurbanam
Kimsənin quşuna , kiş eyləmədim
Bozarıb , qıcırdan diş eyləmədim
Nifrəti özümə , iş eyləmədim
Barışıq istərəm , barışıq üçün
Birləşən , paylaşan , yarışıq üçün
Barışıq olarsa , ucalarsan sən
Dinc ilə yaşıyıb , qocalarsan sən
Nifrətsiz Ərənlər , Xocalarsan sən
Sınaydı nifrəti , əkən əlləri
Məhkumdu bölgədə , böhran dəliləri
Eşilbax 23.5.2010 Alman إشیلباخ
Sa-tənz
Eşilbax
Eşitmişdin ? Əqrəb şivunisti çaldı
Şişdi şivunist , Əqrəb təəcüblə qaldı
Əqrəb getdi öz işinin dalıyca
Iyi verdi , irgənc oldu , saraldı
Heç bilirdin , itin dili rəsmidi ?
Gecə gündüz hürürdü o kəsmirdi
Mübarək əl ona , bir zopa vurdu
O zopata ona , bir ömür bəs idi
Bir faşistin başı , yekəlmiş idi
Təkəbbürdən burnu , dikəlmiş idi
Başı dəydi daşa , burnu əzildi
Biçarənin beyni , pükəlmiş idi
Bizim millət farsı , qardaş bilirdi
Gecə gündüz o dildə , söyləyirdi
Bu ögey qardaşın , şivunistləri
Bizim xalqa bit-birə , susk deyirdi
May ayında , türkü təhqir etdilər
Iran qazetində yazıb , getdilər
Insafsızlar böhtan yalan yazarkən
Türk yəni susk iddasın etdilər
Faşist bilməz namus nədi ar nədi
Vəhşidir qanmaz o , ahı , zar nədi
O öyrənib , daldan xəncəri vursun
Namərd bilməz əğyar nədi yar mədi
Sülh ilə millətim , dil istəyirdi
Dəfələrlə hərbi , çox pisləyirdi
Xalqımı məcburla hərbə çəkdilər
Vallah təkcə millət haqq istəyirdi
Bir ırqıçı gördüm , türkü söyərdi
Onun dilin tapdalayıb , döyərdi
Bu iş oldu səbəb , türklər oyansın
Cahil
şivunist , bunu heç
görməyirdi
Bir nadan türk , belə satılmış idi
Faşizmin işinə , qatılmış idi
Nadanlıqdan heç nəyi görməyirdi
Silinmiş dəsmal at , atılmış idi
Manqurt gördüm , öz elini satırdı
Sata sata , yalan yulan , dartırdı
Ölmədim mən o günə şahid oldum
Ərbab onu , zibil qabıya , atırdı
Haray Haray , nadanlığın əlindən
Xeyir gəlməz danışarkən , dilindən
Bizim millət ! nadanlıq qurbanıdı
Nə yaralar gördü , xəncər milindən
Şivunizmin dostdu , vəhşilər imiş
Hansı inam ya hansı dinlər imiş
Bunların içində , köhnə komunist
Var idi , yalançı humanistlər imiş
Nələr gördük bu satqın solçulardan
Bu satqın yalançı , kor yolçulardan
Şivunizmə , sağda solda , qol imiş
Aman aman həyasız , qolçulardan
Mən sevərəm humanizmi , komunizmi
Amma bunlar görən işlər , tam düzmi ?
Nədən bizim milləti tək qoyurlar ?
Baxginan bu işə , gör humanizmi ?
Eşilbax 24.5.2010 Alman إشیلباخ
Şəhid
Eşilbax
Şəhid ey şəhid ey şəhid ey şəhid
Azadlıq yazan qan ilə , ey igid
Sənin yolunu mən davam eylərəm
Sənin arzunu mən müdam eylərəm
Sənin ağrını öz qadam eylərəm
Şəhid ey şəhid ey şəhid ey şəhid
Azadlıq yazan qan ilə , ey igid
Olubsan belə qiblə öz xalqına
Yetişdin yaman gündə sən dadına
Şərəf vermisən ölkənin adına
Şəhid ey şəhid ey şəhid ey şəhid
Azadlıq yazan qan ilə , ey igid
Zəfər nəğməsin , qan ilə çalmısan
Düşməndən bütün dincilik almısan
Böyük fəxr ilə əbədi qalmısan
Şəhid ey şəhid ey şəhid ey şəhid
Azadlıq yazan qan ilə , ey igid
qaranlıqlara , parlaq ulduz olan
Qurtuluş şüarın , qəlbimə dolduran
Cəlladlar əli ilə cəfadən solan
Şəhid ey şəhid ey şəhid ey şəhid
Azadlıq yazan qan ilə , ey igid
Əziz canını , sən qurban vermisən
Azadlıq məramində , sən demisəm
Oyan millətim , sən xitab etmisən
Şəhid ey şəhid ey şəhid ey şəhid
Azadlıq yazan qan ilə , ey igid
Eşilbax 23.5.2006 Alman إشیلباخ
Həsr 22 may Aslanlarına
Eşilbax
Çəkdilər darə gülü , bülbülüm , fəğan eylə
Yazıldı eşqə ölüm , aşiqim , dur qan eylə
Nə yatmısan belə aram , sən ey dili qafil
Od vur , alışdır özün , dərdini bəyan eylə
O hüsnü xoş igidin , mübtəladır zindanda
Fərman gəlir dinmə , sus , özünü dan eylə
Vuruldu xətt bu gün hər nə istəyin var-idi
Üsyanə gəl babəkim dur di-tərki can eylə
Qəfəsdə aslana bir bax , qana batıb bədəni
Dözə bilməyən bu dərdə qışqırıb əyan eylə
Çəkildi bəndə bu gün qəhramanların bir-bir
Ey bəndidə bağıran şir , sirrin ilə yan eylə
Cəfayə bax xəzanda , tarac etdir güllərimi
Tarac olan gülləri qalx indi sən divan eylə
Bağında yandı qızardı lalənin bağrı Eşilbax
Kəsərli bir nəfəsin var çəkginən tufan eylə
Eşilbax 19.6.2006 Alman إشیلباخ
sa-tənz
Eşilbax
Dünyanı doladılar
Yalançı amerikalılar
Iraqı bombaladılar
Babilonu korladılar
Demokrasini təkcə
Iraqda axtardılar
Yalançı amerikalılar
Nefti olan ölkələrə
Barmağını uzatdılar
Sülh , qanun , naminə
Hər yanı dağıtdılar
Yalançı amerikalılar .
Iran adlanan yerdə
Farsları yardımladılar
Yalançı Amerikalilar
Öz mətbuatlarında
Otuzbeş milyon türkün
Haqlarını dandılar
Yalançı Amerikalılar
Demokrasini yalnız
Iraqda axtardılar
Yalançı Amerikalılar.
Azərbaycanda bu gün
Münasib şərait var
Demokrasiya qarşı
Xalq da , bir rəğbət var
Sevir millət azadlıq
Tolerans , bir həyat var
Hər imkan , hər bir zad var
Dəstək oldu , erməniyə
Yalançı amerikalılar .
Neftini oğurladılar
Dost kimi amerikalılar
Mafiyanın əli ilə
Əzildi azərbaycanlılar
Demokrasi istəyənlər
Birbəbir tapdalandılar
Demokrasini təkcə
İraqda axtardılar
Yalançı amerikalılar .
Eşilbaxdan soruşdum
Bəs siz Azərbaycanlılar ?
Mənə cavab vermədi !
Dedi : günahkar Amerikalılar
Demokrasini təkcə
Iraqda axdardılar
yalançı amrikalılar
Eşilbax 28.9.2003 Alman إشیلباخ
Günaz-TV
Eşilbax
Xalqın səsi qalxdı , ona bais günaz oldu
Qış fəsli keçib getdi bahar ilə yaz oldu
Millət səsi yatmaz nəqədər bu kanalı var
Ucalsa səsi düşmənə yaş , bir gün az oldu
Yaşı beş imiş , sanki min illik iş aparmış
Xoş niyyət ilə birliyə saz-söz günaz oldu
Açıq qapısı , hər fikirə xoş fenomen imiş
Çeşitli fikir yaymağa şərt tək günaz oldu
Düşmən çalışırdı bu kanal batlağa düşsün
Tanrıya şükür hiylə görən göz günaz oldu
Nifrət toxumun səpmiş idi , casus olanlar
Ifşa edən ancaq bu işi , can günaz oldu
Millət səs ilə düşmənə kəs , söylədi əxbar
Məntiq metodun işlədib yayğın günaz oldu
Yalnız bir kanaldı buna şərq aləmi şahid
Olmuş , olacaq , söhbəti azad günaz oldu
Çünki marağı millidi , məqsəddə bodundu
Sərbəs danışıq yöntəmi , azad günaz oldu
Özgür biz idik , bilməlidi düşməni nadan
Bu sirri yayan dünyaya canaz günaz oldu
Uğur qazanar özgür olan , müstəqil olsa
Tək rəmzidi yalnız buna nail günaz oldu
Təbrik edirəm bu beş ili ay günə naz-naz
Parlaq olasan Gün kibi ol , çün günaz oldu
Səhv eyləmərik bir daha düşməndə çalışsa
Söz millətimin talehi idi , göz günaz oldu
Sordum sözünü harda yayırsan sən Eşilbax
Verməzdi cavab , bəli cavab solgünaz oldu
Eşilbax 2.5.2010 Alman إشیلباخ
Sa-tənz
Eşilbax
paltaklara baş vur , necə ovzadı bu paltak
hərb cəbhəsidir , davanı qovzadı bu paltak
hörmət dağıdıb , korladı hər zadı bu paltak
batlağa dönüb görməlisən , vay necə paltak
aranı vurar bir birinə , bir neçə qaltak
milli deyilən milçəyə bax , gör nə vızıldır
elə danışır adam deyir , bu söz qızıldır
əməldə yoxuq deyə-deyə , gör nə sızıldır
batlağa dönüb görməlisən , vay necə paltak
aranı salar bir birinə , bir neçə qaltak
gəl bir qulaq as , o danışan ay necə candı
ustatdı , uzmandı , göydə ki gizləri yazandı
hirsləndi rəqibə , çığırıb , vay belə yandı
batlağa dönüb görməlisən , vay necə paltak
aranı salar bir birinə , bir neçə qaltak
qədim şah idi , xan , paşa , indi bu Ədmin
o verməlidir söz sonunun , əmr ilə xətmin
bax iştahaya sözləri içir , o necə min-min
batlağa dönüb görməlisən , vay necə paltak
aranı salar bir birinə , bir neçə qaltak
F9 alan , yarım saat bərk çıxış eylər
Otaqda ki atmosferi lap , sıp-sıxış eylər
Sağ solu qırıb , gör necə o yığ-yığış eylər
batlağa dönüb görməlisən , vay necə paltak
aranı salar bir birinə , bir neçə qaltak
zibil yerinə xırdalanan , bəzi qızıllar
qamçı edən turk dilini , çalıb sızıllar
fürsət düşəcək düşmənə bax gör nə qızırlar
batlağa dönüb görməlisən , vay necə paltak
aranı salar bir birinə , bir neçə qaltak
tanış olasan , bəy buyurun xan deyəcəklər
yaltaq olasan , mən nə bilim can deyəcəklər
bir azca qədimsən , sənə qurban deyəcəklər
batlağa dönüb görməlisən , vay necə paltak
aranı salar bir birinə , bir neçə qaltak
çox ölkələrə paltak özü , siminar imiş
tacirlik imiş , alver imiş , pul , dinar imiş
əyləncə yeri , dinc bağında çinar imiş
batlağa dönüb görməlisən , vay necə paltak
aranı salar bir birinə , bir neçə qaltak
xanım gələbilməz , çün ona sayqı qoyulmaz
bir neçe gədə yazar yaman , canım alınmaz
yamansa yamandır , belə iş ayrı yozulmaz
batlağa dönüb görməlisən , vay necə paltak
aranı salar bir birinə , bir neçə qaltak
kultur ola ! paltakı edər eytim ocağı
dincin önü , sülhün sonu , sev-sevgi qucağı
bir yar ilə xəlvət məkanı , künc , bucağı
batlağa dönüb görməlisən , vay necə paltak
aranı salar bir birinə , bir neçə qaltak
kultursuz imiş qürbəti , qürbətdə itirdi
verdi hədərə ömrünü , çirkincə bitirdi
taleh belə imiş , onu batlağda yetirdi
batlağa dönüb görməlisən , vay necə paltak
aranı salar bir birinə , bir neçə qaltak
öz haqqını bilməz sən ona , oohə deyərsən
boynuna salıb noxda çəkib , dohə deyərsən
sinə çalaraq ağlayacaq , nohə deyərsən
batlağa dönüb görməlisən , vay necə paltak
aranı salar bir birinə , bir neçə qaltak
milli hərəkət adına bu səhvi edənlər
düz bilməlidir yerdəyik biz , göydə gedənlər
baş , kəllədi lazım , nə üçün beylə gödənlər !
batlağa dönüb görməlisən , vay necə paltak
aranı salar bir birinə , bir neçə qaltak
Eşilbax 28.4.2010 Alman إشیلباخ
Millət
Eşilbax
Hansı tanrı yazdıracaq ,
Birdə adını daşlara ?
Hansı urfan qoyacaqdır ,
Taclı sözünü başlara ?
Hansı fikirdən tərh gələr ?
Ellərinin heyrətinə .
Hansı tanrıdan vəh gələr ?
Qollarının qüdrətinə .
Hansı Ərəndən əhd gələr ?
Sözlərinin qeyrətinə .
Hansı tarix yazar səni ,
Bir ,
Vahid ?
Anayasanın ön sözündə ,
Taslağının bərk gözündə .
kim olacaq buna şahid ?
Hansı dillər söyləyəcək səni , sən tək ?
Suvaracaq bağlarını , hansı xəndək ?
Hansı ana doğacaq səndə , bir Qandi ?
Nə vaxt verər Nenson Mandella , bu andı ?
Kim becərər dustağında , Səfərxanı ?
Hansı sülh yazacaq azad ?
Hansı göz görəcək abad ?
Hansı əllər rəsm eyləyər
Dağlarında qoç aslanı ?
Dodaqlarında gülüşü ?
Dənizində , döyüşən qara balığı ?
Hansı təbib ,
Yoxlayacaq damarında , coşan qanı ?
Hansı əsgər ,
Mahnılarını səslədər ?
Hansı şair ,
Sinəsində , kövrək misralar bəslədər ?
Kim , bəs sənə can deyəcək ?
Canını , qurban verəcək ?
Möcüzəli politiki , hansı oğlun eyləyəcək ?
Reallaşan siyasəti , hansı qızın becərəcək ?
Hansı xəbərçi muşduluq ,
Verər baharın nübarın ?
Hansı məlhəm siləcəkdi , könüllərimin qubarın ?
Hansı eşq , sən ilə sənləşər ?
Hansı şüurun ağacı , bar verərkən də-dənləşər ?
Bəs sən nə vaxt ad taparsan ?
Ağzında bir dad taparsan ?
Bu kədərli övladların ,
Bəs sən nə vaxt , şad taparsan ?
Kim oxuyar səni millət ?
Qələm çalan ana-yasada ,
Kim olarkən , bədənləşər ?
Adın millət , na vaxt olar ?
Balaların nəsilləşər !
Soylaşarkən , əsilləşər ?
Duyğuları gərçəkləşər ?
Adın nə vaxt olar millət ?
Eşilbax 19.7.2005 Alman إشیلباخ
Sa-tənz
Eşilbax
İranda geden işlərə dünya qalacaq mat
Amrikada , Rusda , İngilstan olacaq mat
bir çoxları qılpaç olacaq , çoxları pənçər
Şah-Şah deyərək Şeyxıvilayət olacaq mat
heç zənn eləmə ikimin-on , dinc bir ildir
bu ildən inan zahid , zalim , olacaq mat
Əkbər-şahı yox heç demərəm halı yamandı
xam Xatəmilə xamlamış o , xar olacaq mat
dəccaldı şəub-oğlu , belə dəllalca sülənsə
rusvay olacaq , şansı yoximiş olacaq mat
elitə ad ilə Avropaya , casus olan kəs
əməldə faşist , sözdə ziyalı olacaq mat
faşizim çalışır dünyada bir lobbi qazansın
keçdi o zaman imkanı yoxdu olacaq mat
sosialda olan əngəli açar , solçu demokrat
köhnə komunist ölməsədə , bil olacaq mat
höccətdi bu , ayətdi bu , ullah ilə ozma
İslama xəyanət edərək , can olacaq mat
çox ölkələrə şah kimi , prezident seçilənlər
bir şah kimi taxdan yıxılıb tez olacaq mat
əsrimiz olub milli , demokrasi , seçimlər
kim isə bəyənməz belə əyyam olacaq mat
onlar ki bizim milləti qısnadı , tez ol gəl
yaşıla qarış yoxsa pay olmaz , olacaq mat
onlar ki bizim millətin ağlına gülürdü
indi gülür öz halına çün ki olacaq mat
kor-nasyonalist ad qoyan , pantürk deyənlər
tapmaz əlacı dərdinə tez , gec olacaq mat
yalnışca diaqnoz verib , təhdid edən bəy
balatərinə bax mən ölün , gör olacaq mat
faşizim iyi var diskinirən ! bu hərəkətdən
dinsizlə belə dinçi şah-oğlu olacaq mat
mən xoşxəbər-idim əcəba bu xəbərim pis
çaş-baş düşərək cahil , nadan olacaq mat
olsamda əgər bədxəbər bir xoş xəbərim var
ey millətimiz ! maymaq-manqurt olacaq mat
xoş niyyət ilə üz çevirib , xalqına Eşilbax
qutsal udacaq , çünki qaramsal olacaq mat
Eşilbax 12.1.2010 Alman إشیلباخ
