Hadi Saei Pekin olimpiadasında qazandığı qızıl medalı Azərbaycan xalqına
təklif etdi.
Hadi Saei Azərbaycan xalqına müraciətində bu iftixarı və qazandığı medalı
İran və Azərbaycan xalqına və doğulduğu Bostan Abada təklif etdiyini deyib.
Hadi Saei: «Xalqın xeyir-duası ilə bu medalı ölkəmə gətirdiyim və İranın
bayrağını qaldırdığım üçün çox sevinirəm. İsti və səmimi salamlarımı şanlı
Azərbaycan xalqı və doğulduğum Bostan Abad və Qara Kohulə çatdırıram. Ümid
edirəm ki, bu qiymətsiz hədiyyəni məndən qəbul edərlər».
Hadi Saei qazandığı medallarla İranın olimpiya tarixinə düşüb. O, İran
Azərbaycanının Bostan Abad şəhərindəndir.
Saei 2000-ci il Sidney olimpiadasında bürünc, 2004-cü ilAfina olimpiadasında
qızıl və 2008-ci il Pekin olimpiadasında qızıl medal qazanıb. İran
prezidenti Əhmədinejad, ölkə parlamenti, İranın keçmiş dövlət başçısı Xatəmi
və başqaları Hadi Saeni təbrik ediblər.
Bu arada Tehran bələdiyyəsinin sözçüsü Xosro Danişçu Tehran küçələrinin
birinə Hadi Saeinin adının verilməsi barədə qərar qəbul edildiyini bildirib.
Hadi Saeinin bacısı Məhrvərz Saei də taekvandoçudur. O, 2006-cı ildə Qətərdə
keçirilən Asiya oyunlarında burünc medal qazanıb.
Pekin olimpiadasında Azərbaycanı təmsil edən yeganə taekvandoçu Rəşad
Əhmədov (80 kq.) yarımfinalda məhz Hadi Saeiyə uduzmuşdu.