Raport - Video

London,  January the 3rd, 2010

Çəngiz Ölməyib

Çəngiz könlümdədir, ürəyimdədir

 

 Çəngiz Bəxtavərin yadı və xatirəsi London şəhərində qeyd olundu.  Bu mərasim ki Babək Bəxtavərin izni ilə və onunla birlikdə, Güney Azərbaycanlılar Təşkilatı (GAT-UK), tərəfindən tərtib edilmişdi, bazar günü Yanvarın 3-ü saat 3 – 6 dək davam etdi.  Bu törəndə, Londonda və Böyük Biritaniyanın başqa şəhərlərində yaşayan bir çoxlu Azərbaycanlı dostlar iştirak etmişdirlər.  İştirakçıların içində, Güney Azərbaycanın tanınmış akademik və ədəbi şəxsiyyətlərinin fəal huzurları varidi.  Həmdə, mərkəzi Avrupadan bir neçə tanınmış şəxsiyyətində huzurları görünürdü.  Əlavə olaraq, Güney Azərbaycanın müxtəlif təşkilatlarının o cümlədən, ATAY, BAS, DAK, GAMOH, GAİP və GAT-UK nümayəndələri və üzvlərinin görkəmli iştirakları müşahidə olunurdu.

Mərasim, Güney Azərbaycanın 1945-ci ildə bəstələnən milli himni ilə başlayıb və dalısıca, Çəngiz Bəxtavərin hörmətinə 1 dəqiqə sükut ilə davam etdi.  Sonra, Çəngiz Bəxtavərə həsr olunan qısa bir şer ilə, Səhənd bəy proqramı davam verdi. O, sözlərində üzünü Babək bəyə tutub dedi: “ Babək, əzizimiz, dostumuz yoldaşımız, Çəngiz sənə bir doğma ata olseydi belə, o, bir çoxlu Azərbaycan gənclərinə mənəvi ata olaraq onların getdikləri yollara sönməz işıqlar salmışdır. O, ömrünün sonuna qədər gənclərin əhəmmiyyətli rolunu Azərbaycanın gələcəyində inanıb və onu vurğulamışdır. İndi isə, Çəngiz, Azərbaycanın böyük və əbədi şəxsiyyətlərinin səfinə qoşulmuşdur.  O, Səttarxanların, Xiyabanıların, Bağırxanların, Heydər əmoğluların, Firidun İbrahimilərin, Səməd Behrəngilərin, Behruz Dehqanıların, Nabdillərin və Qulamriza Əmanıların səfinə qoşulmuşdur. Çəngiz aramızdan köçdü getdi, Çəngiz elini yaşatdı, eldə Çəngizi yaşadacaq.”

Proqram, Babək Bəxtavərin çıxışı ilə davam etdi.  Babək bəy bütün xaricdə və daxildə atasını dəfn və anım mərasimində iştirakçılardan təşəkkür edərək sözlərində vurğuladı ki: “ Bizim bildiyimizə görə Çəngiz bəyin heç bir ciddi ürək və ya başqa xəstəliyi yoxudur. Güclü bir ailəyə və dəyərli doslara malikidir və bu səbəbdən ruhi baxımından da heç problemi yoxudur. Yaş və cismi baxımından da 53 yaş yuxarı yaş sayılmır. Bütün bunlar bir sürü nədənlərdir ki normal baxanda bu tur ölümü xəstəlik nədənilə olmaqda inanılmaz və gözlənilməz göstərir və məsələni başqa tərəflərində düşünməyə çağırır.”  Babək sözlərinin davamında, atasının dəfələrcə tutuqlanıb və təhdid olunmasına işarə edib, və onun Təbriz zindanından BMT-yə açıq məktub yazmasını qeyd edərək atasının ölümün şübhəli bir hadisə kimi yoxladı.

Programin 1-ci bölümü, Çəngiz Bəxtavərin 22 deqiqelik 21 Azər münasibəti ilə danışıq filminin  yayımlanması ilə, və dalısıcada Aşıq Qafarın  Çəngizin haqqında öz sazı ilə oxuduğu sözlərin eşidilməsi ilə başa çatdı.  Proqramın 2-ci bölümü isə, 15 deqiqə aradan sonra, mərasimdə iştirakçıların danışıqları ilə başlandı.

Çıxış edənlər cənablar, Prof. Səbri Təbrizi (DAK-ın fəxri sədri), Aladdin  (yazar və GAT-ın idarə heyəti üzvü), Hidayət Sultanzadə  (yazar və AFD-ın idarə heyəti üzvü), Mahmud Bilgin  ( GAD Təşkilatının sözçüsü), Həsən Cüdari (Video) ( şair və ADF-in cavanlar Təşkilatının faal üzvü), İsmayıl  ( GAT-ın idarə heyəti üzvü), Məhyar (şair və yazar), Duman (gənc milli faal),  öz fikirlərini milli hərəkət haqda, və dəyərli sözləri və şerlərini Çəngizin haqqında dinləyinçilər ilə paylaşdılar.

Programın sonunda, Çəngiz Bəxtavərin ailəsinə həsr olunmuş qısa bir söz və şer oxunaraq proqram başa çatdı. Səhənd bəy belə dedi, “ Çəngizdən 5 doğma və bir çox başqa yadigarlarda qalıbdır. Azərbaycan və Təbrizin küçələrin gəzsəniz, o yadigarları hər bir guşə bucaqda görəcəksiniz.  Ama Çəngizdən, elimizə 3 oğlan və 2 qız da yadigara qalıbdır. Onların birisidə Çəngizin 12 yaşlı olan Bəharək  adlı qızıdır.  Çəngizin dəfni günü, Bəharək öz paltarların götürüb böyük anası gilə gedərək demişdir ki, “mən atamı belə görmək istəmirdim” və atasının dəfnində iştirak etməkdən imtina etmişdir.  İndi isə, mən üzümü dostumuz Babəkə tutub deyirəm, Babək, Çəngizin ulduzuna,  Bəharək qızımız, Elimizin qızına söylərsən ki, Nigaran olmasın” . . .

 

Nigaran  olmasın  ulduza  deyin

Kölümə  yazmışam  Çəngizin  eşqin

Çəngiz,  könlümdıdir  ürəyimdədir

. . . 

 

 

تصاویر

 

 

South Azerbaijan's Association

 

 

 

www.solgunaz.com