|
Sayın cənablar
İLƏTİŞMƏ 1: İPƏK XANIM
(FƏRANƏK) FƏRİDİN İNSAN HAQLARINI SAVUMA Xanım İpək (Fəranək) Fəridin insan haqlarını savunmaq üçün İlətişmə 1-i hüzurlarınıza sunuruq ki, o feminizm və qadın haqları üzərə Güney Azərbaycanda tanınmış bir şəxsiyyət, milli hərəkət üzərə bir aktivist və Urmu Gölünü dirçəltmək üçün bir kampaniyaçıdır. İran yetkililəri onu öz-xoşuna (arbitrar) 3 Septambrda yaxaladılar və bunla yanaşı yüzlər çevrə kampaniyaçı da yaxalanmışdı (Özətçəmiz, Say: 546/ 2011, İlaygün: 5 Sep 2011). Cədvəl 1 bu tutuqlu haqqında gərəkən bilgi onun savunması üçün dərlənmiş.
İranın təhlükəsizlik məmurları İpək xanımı yaxalayar ikən ona əl açıb və döymüşdülər, və dindirmə (təftiş) vaxtı ona işkəncə də qıymışdılar. Ona qıyılan bu cəsarətlər nəticəsində o indi gicəllənməyə və eşitmə probleminə məruz qalmışdır. Amnesty İnternational onun uğrunda kampaniya aparmış və verdikləri bilgiyə görə ona qarşı məhkəmə (http://www.amnesty.org/en/library/asset/MDE13/078/2011/en/608c8e29-4671-49ab-b138-5a8cb9486e9f/mde130782011en.html)10 günlük öz-xoşuna qərar kəsmişdi.
Amensty İnternational kampaniyasından əlavə Belqradda toplaşan 77-inci Beynəlxalq Qələm Qurultayı da (12-18 Septambr 2011, http://penreporter.blogspot.com/), İpək xanımın uğrunda kampaniya etmişlər və onun şərtsiz həmən sərbəstliyə buraxılmasını tələb etmişlər. Biz bu kampaniyalar ilə eyni fikirdəyik ki, İpək xanıma qarşı kəsilən hökm öz-xoşuna və o tutuqlu ikən işkəncəyə məruz qalmış. Bu haqsızlıqlara etiraz üçün o indi aclıq aksiyası etmək zorundadır.
İpək xanımın savunması indi yalnız sizin mandatlarınızın öhdəsindən gələr ki, İran yetkililərinin bu qədər öz-xoşuna əməllərini önliyəsiz və İpək xanımın insan haqlarını yenidən dirçəldəsiniz. Qayğnız üçün qabaqcadan minnətdarlığımızı bildiririk.
Hörmətlə Boyuk Resuloglu
Dünya Azerbaycanlılarının Haqlarını Müdafiə Momitəsinin Sədri |