Sayın cənablar

 

SON DURUM 1: ZƏNCİRVARI TUTUQLULAR UĞRUNDA BİRGƏ İLƏTİŞMƏ

 

Bu Son-Durum 1 Septambr ayında sunulmuş Birgə İlətişmələrin davamıdır (Say: 529/2010, İlaygün: 1 Septambr 2010; və Say: 531/2010, İlaygün: 29 Septambr 2010) ki, 17 Güney Azərbaycanlı vicdan dustağının buraxılması üçün kampaniya aparır. Onların başlarına gətirilən qəzov-qədər hələ də sovuşmamış və indi də onlar bir qondarma məhkəməyə məruz qalmışlar. Aşağıdakı bəlgələr sunulur:

Cədvəl 1: öz-xoşuna tutuqlanıb və zəmanət qarşısında buraxılmışların haqqında açar bilgilər

Cədvəl 2: öz-xoşuna tutuqlanıb və təcridi saxlanılmaqda olanların haqqında açar bilgilər

Cədvəl 3: bunların hərəsinin haqqında üstəlik bilgilər

 

Ötən aylarda qızğın kampaniyalar bu qədər etkin oldu ki, bu 17 fərd vicdan dustaqlarının 15-inin ötərgi olsa da sərbəstliyini sağladı. Nə isə, onların hələ də ikisi təcridi saxlanılır. Buna baxmayaraq, əldə olan bilgilərə görə, İran yetkililəri bu vicdan dustaqlarını, necə deyərlər, hələ yarğılamaya tələsir. Deməli, bunların 12-si 1 Yanvar 2011-də İnqilab Məhkəməsinə (Təbrizdə) çağrılmışlar. Buna görə bizim kampaniyamız bir daha yuxarı faza keçir və bu Son-Durum birinci addımdır.

 

İran yetkililərinin buraxdıqları suçlamalar Cədvəl 1 və 2-də verilmiş və buradan belə bəllənir:

·         Təcridi saxlanılmaqda olan vicdan dustaqları da elə 1 Yanvar 2011-dəki məhkəmədə yarğılana bilərlər

·         Bəllidir ki, bu vicdan dustaqları ana dilləri, Azərbaycan Türkcəsinə sadiq qalmışlar. Örnək üçün, cənab Əkbər Azad, PEN Dərnəyin fəxri üzvü, baxmayaraq ki, bu məhkəmə  qasırğasına məruzdur hələ də akiv surətdə ana dili uğrunda qızğın kampaniya aparır. Axı, İranın irqçi dovləti hələ də Azərbaycan millətinin güneyində olan 30 milyon əhalinin ana dilinin rəsmi statusunu danır və onun yerinə Fars dilini ölkə səviyyəsində tək-dil kimi təbliq edir!

Bbu vicdan dustaqlarının bəziləri Azərbaycan Respublikasında səfərdə bulunmuşlar, lakin fakt budur ki, Azərbaycan milləti bir bölünmüş millətdir və çoxlarının sərhəd ötəsində qohumları var və bu sərhədlər rəsmi surətdə İran İslam Respublikası və Azərbaycan Respublikası tərəflərindən açıqdır və bu da vətəndaşların mənəvi tələbatını ödəməkdən ötrüdür.

·         Bu vicdan dustaqlarının heç biri qeyri-qanuni surətdə Azərbaycan Respublikasına səfərdə bulunmamışlar

·         İndilər, çoxlu Güney Azərbaycan gəncliyi Azərbaycan Respublikasına səfər edirlər ki, ana dilində təhsil dadını alsınlar və hətta İran yetkililəri belə bu ne’mətdən də çaxnaşmışlar. Onlar Quzey Azərbaycanı ziyarət edənləri casus suçlamaları ilə hədələməyə can atırlar, örnək üçün bu vicdan dustaqları.

 

Yuxarıdakı sscenrini bir neçə başqa fakt bütünləyə bilər ki, qabaqkı Birgə İlətişmədə diqqətinizə çatdırılmışlar və bunlardırlar:

·         Bu fərdlər zəncirvarı surətdə tutuqlanmışlar

·         Tutuqlamalar öz-xoşuna idilər

·         Tutuqlamalar məhkəmə arayışı göstərmədən aparılmışlar

·         Tutuqlular təcridi saxlanmışlar və vəkil savunması haqqından yoxsun idilər

·         Onlar bədənsəl və ruhsal işgəncəyə məruz qalmışlar ki, bu da onlardan yalançı etiraf almaqdan ötrü idi və heç də təəccüblü deyil ki, bu plan puça çıxmış

·         Bunların heç birinə uzun müddət izin verilməmişdi ki, ailələri ilə görüşə bilsinlər

 

Yuxarıdakı bilgilərin bütövlüyünə yekun vuranda, aydın görünür ki, Azərbaycan Respublikasına səfər edənlərə casusluq suçlaması, və eləcə də başqa suçlamalar, bu vicdan dustaqlarına qarşı sadəcə öz-xoşuna- (arbitrar) –dır və bu suçlamalar beynəlxalq məhkəməsində keçərli deyillər. Biz bu qənaətdəyik ki, öz irqçi siyasətlərinin kəsərdən düşməsini görən İran yetkililəri çarəsizliyə sürüklənmişlər və bu kimi kanqaru məhkəmələrdə (hökmü qabaqcadan bəlli olan məhkəmə) divan tutmaq həvəsindədirlər.

 

Şübhəmiz yoxdur ki bu məhkəmə qapalı surətdə keçiriləcəkdir və arxayınıq ki, siz bunu qəbul etməzsiniz. İndi ki, BMT-nin İnsan haqları üzrə Ali Komissarlığı İran irqçiliyini qınama qənaətinə niyyətlənmiş, bu vicdan dustaqlarının insan haqlarını qorumaq üçün kampaniyanızın dərəcəsini daha qaldırmanızı xahiş edərdik. Bu suçlamaların cəzalama həbs müddətinin uzunluğunu nəzərə alaraq, sizə müraciət edirik ki, bu xüsusda müdaxilə edəsiniz və bu məhkəməni izləmək üçün bir müşahidəçi göndərəsiniz. Təklifimizin qüvvəti budur ki, bu vicdan dustaqları suçlamaları başdan dibə rədd edirlər. Biz arxayınıq ki, sizin müdaxiləniz İran yetkililərinə meydanı daraldar və istədikləri kimi öz-xoşuna davrana bilməzlər. Inanırıq ki, ədalətin bu dosyelərdə hakim olmasına təkcə qabaq-şərt yarğılamanın açıq surətdə aparılmasıdır ki, yalnız bu surətdə vəkillər sərbəstcə savunma işlərini apara bilərlər və məhz bunun üçün sizin müdaxiləniz və müşahidəniz əvəzsizdir.

 

Qabaqcadan qayğınız üçün təşəkkür edirik.

 

Hörmətlə

 

Boyuk Resuloglu

 

Dünya Azerbaycanlılarının Haqlarını Müdafiə Momitəsinin Sədri

 

www.solgunaz.com