SURİYALI KOMMUNİSTLƏR: "Anayasal Dəyişiklik İstəyirik"

 

Suriya Xalq Qurtuluş və Dəyişmə Cəbhəsindən nümayəndələr ölkələrinin gələcəyini, xarici müdaxilənin deyil  tabandan gələn xalq müxalifətinin təyin edəcəyini söyləyir.

 

 

Suriya İctimai Milli Partiyası (SIMP) ilə Suriya Kommunistlər Birliyi (SKB) partiyaları və sənətçi, alim və müstəqil siyasətçilərdən ibarət olan Suriya Xalq Qurtuluş və Dəyişmə Cəbhəsindən bir heyət, Suriyada nələr yaşandığını izah etmək üçün Türkiyəyə gəldi.

 

Taksim Hill Hoteldə edilən yığıncaqda danışan SIMP Ümumi Sekretarı Dr. Əli Haydar, SKB Ümumi Başçısı kədri Cəmil və araşdırmaçı yazar Mihail Avad, cəbhə olaraq Suriyanın gələcəyi baxımından xarici müdaxiləyə qətiliklə qarşı olduqlarını, silaha müraciət etmədən aşagidan yüksələn bir xalq hərəkətiylə rəhbərliyə təzyiq yoluyla dialoq inkişaf etdirərək anayasayi dəyişdirmək daxil çox köklü dəyişikliklərin edilməsi lazım olduğunu söylədilər.

 

 "İqtisadi böhran siyasətə əks olundu"

 

kədri Cəmil, Suriyanın yaşadığı böhranın beynəlxalq ölçəkdə kapitalizmin yaşadığı böhrandan müstəqil düşünülə bilməyəcəyini söylədi.

 

"Suriya iqtisadiyyatında 2005dən bəri başlayan neo liberal siyasətlər kütlələrin yoxsullaşmasına səbəb oldu. Biz o zamandan bəri hakimiyeti bu siyasətlərin böhrana səbəb olacağı mövzusunda xəbərdar etmişdik. Birləşmiş Millətlərə (BM) görə 2010da Suriyanın yüzdə 40ı gündə iki dolların altında yaşayır. Bu iqtisadi böhranın siyasi bir böhrana çevrilməməsi qeyri-mümkün idi."

 

"Qanunlara makiyaj deyil, yeni anayasa istəyirik"

 

Əli Haydar, qurduqları cəbhənin ölkənin hər yerindəki tayfa, partiya, vətəndaş cəmiyyət quruluşlarına çataraq ölkənin ehtiyacı olan köklü islahatların necə ediləcəyində birlik təmin etməyi məqsəd qoyduğunu söylədi.

 

Haydar cəbhənin qısa və uzun vədədəki islahatlarını belə izah etdi:

 

"Xarici müdaxiləyə qətiyeten qarşıyıq, buna görə xalq hərəkətinə xarici güclərin müdaxiləsini və müxalifət içindəki silahlı gücləri də aradan qaldırmağı məqsəd qoyuruq. Qanunlarda edilən makiyaj mahiyyətindəki dəyişikliklərlə, Suriya xalqının tələbləri qarşılana bilməz. Bərabərlik və ədaləti təmin edəcək və bütün əksəriyyətin tələbi olan anayasa dəyişiklik istəyirik. Liberal siyasətlərdən bağını qoparmış müstəqil bir iqtisadi quruluş qurmaq istəyirik.

 

ABD nın siyasətlərinə qarşı gələ bilmək üçün Türkiyənin də yanımızda olmasını istəyirik bunun üçün də NATOin qurmaq istədiyi mərmi qalxanına qətiyetle qarşıyıq."

 

"Dialoqla, uzun vədeli, köklü dəyişmə"

 

Mihail Avad, Suriyadakı müxalifətin dördə ayrıldığını söyləyərək, cəbhənin bu muhalefin içindəki mövqesini açıqladı.

 

"Müxalifətin parçalarından biri yurtdışına iltica  edən Suriyalılar ki xarici güclər ilə əlaqə içindələr və cəmiyyətlə bir anlayış birlikləri yox. İ

 

İkinci qrup, yazar, düşünər və siyasətçilərdən ibarət olan ən başda ciddi bir müxalifət meydana gətirən ancaq daha sonra salon işıqlığına çevrilib xalqla əlaqəsini qoparan seqment.

 

Üçüncü qrup, vahabi, sələfi və Əl qaidə ilə əlaqəli mühafizəkar seqment. Bunların içində rəhbərlik tərəfindən şiddətə məruz qalmış seqmentlər də var. Silahlı olan bu qrupun içində Suriyanın gələcəyini meydana gətirən gənclər də mövcud.

 

Son qrup isə siyasətdən uzaq öz halında sonradan müxalifətə daxil olmuş döşəmədən gələn və Suriyanın gələcəyini təyin edəcək seqmentdir."

 

Avad, cəbhənin tabandan gələn bu seqmentlə güc birliyi təmin edərək, bir tərəfdən rejime təzyiq quraraq bir tərəfdən də rejimle dialoq quraraq uzun vədeli ölkənin köklü dəyişməsini təmin etməyi məqsəd qoyduğunu söylədi.

 

Bir tərəfdə mitinq bir tərəfdə silahlı hücum

 

Jurnalistlərin Müsəlman qardaşların müxalifətdəki təsirinin soruşması üzərinə, Cəmil, iki ay əvvəl yaşanan ancaq qərb mediasında iştirak etməyən bir hadiseni izah etdi.

 

"İki ay əvvəl barışçıl bir şəkildə minlərin qatıldığı rejime qarşı bir mitinq təşkil edildi. Ancaq eyni anda silahlı bir qrup, mitinqin 500 metr kənarındakı rəhbərliyin təhlükəsizlik mərkəzini basaraq 90 adamı qətl etdi. Bunun üzərinə mitinqə qatılanlar mərkəzə gedərək daha çox qırğının yaşanmasını önləmək üçün özlərini sipər etdi. Sabahısı gün də silahlı qrup, mitinqin təşkil edici liderlərindən iki adamı qaçıraraq işgəncə etdi."

 

" hökumət meşruiyetini  itirmədi"

 

Yenə jurnalistlərin "cəbhənin Bəşir Esada qarşı dəqiq tutumu nədir?" sualına Ahvad belə cavab verdi.

 

"Tunis və Misirdə rəhbərliklər çox qısa müddətdə yıxıldı. Ancaq Suriyadakı rəhbərliyə hələ xalqın yüzdə 50indən çoxu dəstək verir. Bu rəhbərlik əgər dəyişməyə müqtədirsə hökumətini tamamilə itirdiyini söyləyə bilmərik."

 

Türkiyənin Suriya ilə əlaqələri nə olacaq sualına isə Haydar, Türkiyənin Suriyaya xarici müdaxiləyə bəli deməsinin əlaqələri bitirəcəyini ancaq belə bir tutumu olmadığını düşündüklərini söylədi.

 

 

Istanbul - BİA Xəbər Mərkəzi

23 Sentyabr 2011, Cümə

 

çevirən : S.RAHBAR

           

 

 

www.solgunaz.com